Azərbaycan Respublikasının BMT-də Qüds qətnaməsinə müsbət rəyi ilk növbədə Qarabağın hüquqi vəziyyəti, beynəlxalq hüquq və qanunlara bağlı olmasına görədir. Amma Ermənistanın rəyi daim beynəlxalq və regional münasibətlərdə bu ölkədə dərin paradoksun mövcud olduğunu göstərir.
AranNews – Amerika prezidenti Donald Trampın Qüdslə bağlı siyasəti ilə müxalifət və Qüdsün hüquqi statusunun dəyişdirilməsini qeyri-qanuni olduğunu elan etmək məqsədi ilə Türkiyənin təşəbbüsü ilə qətnamə hazırlandı. Amerikanın BMT-dəki nümayəndəsinin təhdidlərinə baxmayaraq BMT-nin Baş Assambleyasında keçirilən iclasda 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verməklə, 35 ölkə isə bitərəf qalmaqla qətnamə qəbul olundu. Bu qətnamə Amerika tərəfindən veto olunduğu üçün icra olmasa da, hüquqi baxımdan Fələsitn və Qüdsün yerini möhkəmləndirəcək.
BMT-yə üzv olan ölkələrin rəftarını xarakterizə etdikdə demək olar ki, bir neçə kiçik Amerika və Afrika ölkələrindən başqa TŞ-nın İngiltərə, Çin, Fransa və Rusiya kimi dörd daimi üzvü, böyük ölkələrdən çoxu, o cümlədən Almaniya, İspaniya, Yaponiya, Belçika, Norveç qətiyyətlə qətnaməyə müsbət rəy verdilər. Bu arada Cənubi Qafqaz regionunun üç ölkəsinin mövqei diqqətiçəkəndir.
Azərbaycan Respublikasının BMT-də Qüds qətnaməsinə mövqei və müsbət rəyi ilk növbədə Qarabağın hüquqi vəziyyəti və beynəlxalq hüquq və qanunlara bağlı olmasına görədir.
İkinci səbəb isə bu ölkənin Türkiyəni strateji müttəfiq kimi gördüyü üçün onun yanında olmasına görədir.
Digər səbəb isə İƏT ölkələrinin Ermənistanı işğalçı ölkə kimi tanıdığına görə, Azərbaycan dövlətinin bu təşkilata üzv ölkələrlə yaxınlaşmasına görədir.
Dördüncü səbəb Rusiya ilə adi münasibətləri qorumaq olmuşdur.
Gürcüstanın səsvermədə iştirak etməməsi bu ölkənin hökumət aparatına hakim məntiqdən irəli gəlməsi mümkündür. Çünki hökumət Amerika və qərbə onu Rusiyanın caynağından xilas edən və inkişaf yoluna istiqamətləndirən amil kimi baxır. Bu baxımdan Gürcüstanı başa düşmək olar. Ona görə də bu ölkənin nümayəndələri öz torpaqlarında Qüdslə oxşar problem yaşamalarına, Cənubi Osetiya və Abxaziya kimi iki məntəqənin rus hərbçiləri tərəfindən işğal edilməsinə baxmayaraq Rusiya qarşısında tək qala biləcəyindən və Amerikanın onlara dəstəyini kəsəcəyi qorxusundan işğalçılıq və sionistlərin tamahı qarşısında heç bir mövqe tutmadılar. Lakin onlar bundan xəbərsizdir ki, Amerika və sionist rejim əvvəlki kimi olaraq yenə də onların torpaqlarını Rusiyadan alınıb geri qaytarılmasına və ərazi bütövlüklərinin bərpasına heç bir kömək etməyəcək.
Amma bu arada Ermənistanın sözügedən qətnaməyə mövqei və müsbət rəyinin səbəbi Cənubi Qafqazın digər iki ölkəsi üçün nəzərdə tutulan səbəblərdən daha mürəkkəbdir. Belə ki, Ermənistanın rəyi bu ölkənin beynəlxalq və regional münasibətlərdə dərin paradoksun mövcud olduğunu göstərir. Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal etmiş və BMT-nin TŞ tərəfindən ona qarşı 4 qətnamə qəbul edilərək işğalçı ölkə kimi tanınmış Ermənistanın rəyi ilk baxışda öz işğalçılığını birbaşa məhkum etməkdir.
Bu məsələdə ikinci paradoks Amerikanın bu ölkəyə maddi dəstəklərinin həcmidir. Ermənistan öz iflasa uğramış iqtisadiyyatı ilə Amerikadan əvəzsiz yardımlar alan ikinci ölkədir. İndi bu mövqei ilə öz ölkəsində iqtisadi vəziyyətin daha da böhranlaşmasına doğru getdi.
Ermənistanın rəyində daha çox mürəkkəblik və paradoks isə bu ölkənin Türkiyə ilə tarixi və siyasi qarşıdurmasıdır. Ermənistanın Türkiyənin təklif etdiyi qətnaməyə rəy verməsi onun Ankara ilə bir çox probleminin, o cümlədən əsassız soyqırım iddiası, Türkiyənin şərqində bir neçə əyalətə qarşı ərazi iddiası, habelə Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyinə görə Türkiyə ilə sərhədlərinin bağlı olması ilə eyni zamandadır.