İranda “9 dey-Vilayətlə beyət etmə günü” (30 dekabr-2009) ilə əlaqədar müxtəlif əyalətlərdə çoxlu sayda insanlar küçələrə və mərkəzi meydanlara çıxaraq, fitnəçilər və iğtişaş salanlara qarşı izdihamlı aksiyalar keçiriblər.
Arannews-İslaminSesi.info bu barədə FarsNews-a istinadla xəbər verir.
3 gün öncə İranın Məşhəd şəhərində hökumətin iqtisadi siyasətinə qarşı keçirilən aksiyalar iştişaşlarla nəticələnmişdi. Buna cavab olaraq dünən cümə günündə və bu gün “9 dey-Vilayətlə beyət etmə günü”ndə on minlərlə insan müxtəlif əyalətlərə küçələrə və meydanlara çıxaraq, iğtişaşçılara və fitnəçilərə kəskin cavab veriblər.
İranın paytaxtında, Təbriz, Kermanşah, Şiraz, İsfahan, Rəşt, Xorrəmşəhr, Qəzvin, Məşhəd, Əhvaz, Qum və sair əyalət mərkəzlərində izdihamlı aksiyalarda iğtişaşçılar əleyhinə və İslam Respublikası leyhinə şüarlar səsləndirilib.
İranda iğtişaşçılara qarşı keçirilən həmin kütləvi aksiyaların görüntülərini təqdim edirik: