Tarix : 2017 Dec 31
Kod 53928

Yəməndə Səudiyyənin PUA-sı məhv edilib

Yəmən ordusu və xalqı qüvvələrinin hava hücumundan müdafiə bölməsi Yəmənin şimal qərbində Hərz sərhəd şəhərində Səudiyyə koalissiyasına məxsus bir ədəd Pilotsuz Uçan Aparatı məhv edib.
Arannews-Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin hava qüvvələri oktyabrın birində də Səudiyyə təcavüzkarlarına məxsus MQ-9 tipli bir PUA-nı Sənanın Əddeyləmi bazası üzərində uçarkən məhv etmişdilər. 
Səudiyyə koalissiyası hərbi təyyarələrinin bu gün Əl-Hədidə vilayətində Əl-Xuxeyə hücumunda 10 yəmənli qadın yaralanıb. 
Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Zeyfullah Əşşami isə səudiyyəli düşmənlə qarşılaşmada milli birliyin gücləndirilməsinin vacibliyini vurğulayaraq deyib: Bu hərəkatın gücü xalqdan mənşə alır. 
Ənsarullah hərəkatı və Yəmən ordusu son günlərdə sərhəd zonalarında Səudiyyənin və onun muzdlularının mövqelərini hədəfə alıb.

  • Yazılıb
  • da (də) 2017 Dec 31
  • Göndərən مدير سايت Aran News