Tarix : 2017 Dec 31
Kod 53931

Rəhim Qazıyev azadlığa buraxıldı

Dekabrın 29-da Bakı Apelyasiya Məhkəməsi hakim Qədim Babayevin sədrliyi ilə keçmiş müdafiə naziri Rəhim Qazıyevin barəsində olan məhkəmə qərarından verilmiş apelyasiya şikayətinə baxıb.

Arannews:meydan.tv-istinadən xəbər-Qərara əsasən Rəhim Qazıyev məhkəmə zalından buraxıllb. 

Məlumatı Meydan TV-yə vəkil Zibeydə Sadıqova verib.
Vəkil deyib ki, onlar Nərimanov Rayon Məhkəməsinin 26 dekabr qərarının ləğv olunmasını və Rəhim Qazıyevə inzibati xəta haqqında iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini istəmişdilər.
“Lakin məhkəmə şikayəti təmin etmədi, sadəcə, qərarı dəyişdirdi və sabiq naziri 100 manat cərimə etdi, həmin cərimə cəzasını isə həbsdə saxlanıldığı 5 günlə əvəz etdi”.
Vəkil Avropa Məhkəməsinə müraciət edəcəklərini deyib. 
Rəhim Qazıyev dekabrın 25-də Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Bir gün sonra 
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutkalıq inzibati cəza verilib. O, İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıqda (510 maddə) ittiham olunurdu.
Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın müdafiə naziri olub. O, 1995-ci il mayın 12-də o zaman qüvvədə olan Cinayət Məcəlləsinin 255-ci maddəsinin “v” (müharibə və döyüş şəraitində qulluq mövqeyindən sui- istifadə etmənin ağır nəticələrə səbəb olması) bəndi  ilə ölüm cəzasına,  88-1-ci (dövlət əmlakını və ya ictimai əmlakı xüsusi ilə külli miqdarda talama) maddəsi ilə özünə məxsus əmlakın hamısı dövlət gəlirinə müsadirə edilməklə 13 il müddətinə, 220-ci maddəsinin 2-ci (müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və ya partlayıcı maddə gəzdirmə) hissəsi  ilə 5 il müddətinə azadlıqdan məhrumolma cəzasına məhkum edilib. 
2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.


  • Yazılıb
  • da (də) 2017 Dec 31
  • Göndərən مدير سايت Aran News