Tarix : 2018 Jan 01
Kod 53932

Nizami Gəncəvi Konfransının katibliyiNizami Gəncəvi şer gecəsi keçiriləcək

Nizami Gəncəvi Beynəlxalq Konfransının katibliyi daxili və xarici ölkələrin ustadlarının iştirakı ilə Təbrizdə şer gecəsinin keçiriləcəyini xəbər verib.
AranNews-in “Nizami Gəncəvi Beynəlxalq Konfransının katibliyinə istinadən verdiyi məlumata görə, dünaya şöhrətli şair Nizami Gəncəvinin uca tutulması məqsədilə keçirilən konfransın birinci günü daxili və xarici ölkələrin ustadlarının iştirakı ilə şer gecəsi keçiriləcək.”
Konfransın katibliyi ustad və mütəfəkkirlərin konfransın mövzularına aid şerlərini katibliyin sayt ünvanına: “nezamiganjavi.com”, ya da Təbrizin “Ədəbi Əncümən” ofisinə göndərmələrini istəyib. 
N. Gəncəvi Konfransının katibliyi bildirib ki, şer gecəsində qaliblərdən 10 nəfərinə nəfis mükafatlar, habelə konfransda və şer gecəsində iştirak vəsiqəsi veriləcək.

  • Yazılıb
  • da (də) 2018 Jan 01
  • Göndərən مدير سايت Aran News