Ərəb parlamenti həftənin cümə axşamı günü Qahirədə “Qüds, Fələstinin əbədi paytaxtı” adlı iclas keçirib.
Arannews-Parlamentin iclasında toxunulan mövzular Sionist rejimin xeyrinə idi. Ərəb parlamenti öz bəyanatında dəxli olmasa da, anti-İran təklif irəli sürüb. İran əleyhinə olan bəyanatda iddia olunub ki, İran, ərəb ölkələrinin, xüsusən Yəmənin daxili məsələlərinə, müdaxilə edir və bu ölkələr üçün təhdid hesab olunur.İraq nümayəndəsinin ayıqlığı bunu göstərdi ki, Qüds mövzusu bəhanədir və əsas məqsəd, Fələstin xalqını uzun illər boyu müdafiə edən İranı hədəfə almaq idi. İraq nümayəndəsinin Bəhreyn nümayəndəsiylə mübahisəsi, ərəb rejimlərinin İranın bölgədə olan nüfuzundan əsəbləşdiklərinin göstəricisidir.
Bəhreynin parlament nümayəndəsi Adil Əsumi bu iclasda bildirib: “Bəhreyn İranla əlaqələriylə fəxr etmir, əksinə digər ərəb ölkələrinin də əlaqələrini biyabırçılıq hesab edir.”
İclasda iştirak edən İraq nümayəndəsi Abbas Bəyati bildirib: “Bağdad İranla əlaqə qurmaqla fəxr edir və bu məsələ yalnız İraq çərçivəsinə aid deyil və bir sıra Fars körfəzi ölkələri də bu fikirdədir.”
Bəhreyn və Səudiyyə Ərəbistanı İranı ərəb ölkələrinin daxili məsələlərinə müdaxilə etməkdə ittiham etsə də, özlərinin İsraillə əlaqə qurmaları Fələstin xalqına xəyanət hesab olunur. Ərəb rejimlərinin bugünlü siyasəti islam və ərəb xalqlarının istəyinin əksinədir. İslam dünyasının istəyi Fələstin xalqının hüquqlarını müdafiə etməkdir. Onlar İsrail rejimiylə qurulan əlaqələrdən fəxr hissi keçirmirlər. Bəhreyn və Səud rejimi nümayəndələrinin qalmaqal yaratması reallığı aradan apara bilməyəcək, ərəb rejimlərinin İsraillə olan əlaqəsini gizlədə bilməycək. Bu gün dünya müsəlmanlarının ümumi rəyi, Bəhreyn və Səud rejimi xain hesab edir. Çünki İsrail rejimiylə eyni süfrədə oturur və ərəb mənafelərini, xüsusən Fələstin xalqının dəyərlərini öz mənafelərinə qurban verirlər.
Bəhreyn parlamentinin nümayəndəsi İranla əlaqələriylə fəxr etmədiyini dediyi zaman, Səud heyəti İsrail rejimiylə əlaqələr qurmaqla məşqul idilər. Sionist jurnalist Şəmun Aran həmin gün bildirib: “3 nəfərdən ibarət olan heyət Tel-Əvivə daxil olub. Onlardan biri Səud rəsmisi olub.”
Bundan öncə də cari ayın 9-da, Bəhreyndən heyət işğal olunmuş torpaqlarda İsrail rəsmiləriylə görüş keçirdi. Bu cür əlaqələr ərəb tarixində qalan qara ləkələrdir. Onlar fələstinlilərin İsrail tərfindən qətliam olduğu, Qüdsün isə ABŞ tərəfindən ələ alındığı bir dövrdə qəsbkarlara dostluq əli uzadıblar.
Bu aradan İran, Fələstini müdafiə edən yeganə həqiqi səsdir. Bu çərçivədə İran parlamenti üzvləri həftənin 3-cü günü, İslam İnqilabının Fələstin xalqına dəstəyi və Qüdsün Fələstinin əbədi paytaxtı olmasıyla bağlı qərar qəbul ediblər.
Orta Şərq eksperti bildirib: “Parlamentin bu qərarı dövlət tərəfindən icra edilməli və Beytul-müqəddəsin Fələstinin paytaxtı olaraq qalması üçün bütün imkanlardan istifadə olunmalıdır. Bu strateji bir addımdır.”