İslam, şiəlik əleyhinə fəaliyyət göstərən bu cür tiplər həmişə özlərini gülünc vəziyyətə salıblar
Arannews:nur-az.com-İranda aksiyalar başlayar-başlamaz Azərbaycanda israilpərəst, avropapərəst mətbuat işə düşüb. Yaman özlərinə əl qatıblar, sevinclərinin həddi-hüdudu yoxdur. Bəlkə də bu zavallı insanlar üçün yeni il, həmrəylik günündən daha çox İrandakı toqquşmalar bayrama çevrilib. Eşidən yazır, sevinir, papağını göyə atır.
"Azadlıq" qəzeti o yandan yazır, "Müsavat" bu tərəfdən qızışıb. İllah da Hüseynbala Səlimov özünü bir "lezvalayır" gəl görəsən. Belə məlum olur ki, onun davası İranla deyil, İslamla, daha dəqiq desək şiəliklədir. (İndi biləcəksiz niyə?)
Onun "2018-ci il "İran ssenarisi ili" olacaqmı?" məqaləsində bir – iki məqam var ki, qeyd edilməlidir. Məlum məsələdir ki, Hüseynbala da başda olmaqla "Müsavat", "Azadlıq" və başqa bu kimi mətbu orqanlar İsraildə korrupsiyadan ötrü meydanlara tökülən minlərlə insanın etirazlarını işıqlandırmadı. Hüseynbala Səlimov kimi tiplər əllərinə qələm götürüb İsraildən yazmaz.
İslam, şiəlik əleyhinə fəaliyyət göstərən bu cür tiplər həmişə özlərini gülünc vəziyyətə salıblar. Məsələn, sosial vəziyyətindən daim gileylənən Kəramət Böyükçöl adlı özünü yazar, yazdığını roman hesab edən bir nəfər var, düşdüyü vəziyyətdən ötrü mövcud hakimiyyəti tənqid etməyə özündə cürət tapmayıb, götürüb güya Allaha məktub yazır və öz nəzərində uydurduğu "Allahı" təhqir edir. Başqa məqlaəsində yazır ki, qarnıma it bağlayıblar. Onun ağlında olan Seymur Baycan yazırdı ki, elə bilirəm qarnımda qurbağa var. Bu adamların yavaş yavaş ağlı itməyə başlayır. Əlbəttə, ağıldan yaxşı istifadə etmədikcə belə olur.
Hüseynbala Səlimovun məqaləsində indi eşidəcəyiniz sualı ünvanlamasına qədər deyirdim ki, əşşi, hər şeyə tüpürüb (əlbəttə vicdandan başqa!) prezidentdən ev alan, prezidentin isə ev verərkən "jurnalistlər özləri də bilmədən mənim köməkçilərimdir" deməsinin müqabilində cınqırı çıxmayan, evdə manitor arxasında özündə güc tapıb "mən dövlətdən ev almışam" deyib özünə təsəlli verən bu adam əlbəttə ölkədəki diktaturaya bir söz deyə bilməyəcək. Düşünürdüm ki, adam ağıllı iş görür, çətini ev alana qədərdir, ondan sonra korrupsiya da, xalq da, kasıbçılıq da, prezident seçkiləri də cəhənnəmə olsun. Amma məqaləsində ünvanladığı sual məni lap mat qoydu.
Allah şahiddir ki, İran əleyhinə yazdığı üçün onu tənqid etmirəm, sadəcə adamın ağıl səviyyəsi insanı təəccübə gətirir. Qısası, onun utanmadan-qızarmadan, ağlını bir kənara qoyaraq ünvanladığı suala baxın: "Özünü az qala, “islam həmrəyliyinin flaqmanı” sayan Tehran əslində islam dünyasında təfriqəçilik və ya bölücülükdən savayı bir işlə məşğul olmur. Özünüz bircə suala cavab verməyə çalışın: “Heç 21-ci əsrdə də şiə-sünni söhbəti apararlarmı? İran nə edir? Elə indicə adını çəkdiyimiz iki təriqətdən birini özünün dövlət ideologiyasına çevirib və bu, da azmış kimi onun əsasında özünün geosiyasi arxitekturasını və yaxud da konfiqurasiyasını qurur." Bəs görəsən Hüseynbalanın özü hansı məzhəbə mənsubdur? Şiə- yoxsa sünnü? Əgər heç birindən deyilsə (güya belə deməklə bunlar vəhdətçi olur) onda ona deyən lazımdır ki, sən ki nə şiə kimi şiə, nə sünnü kimi sünnüsən, niyə özünü ortalığa atıb, iki məzhəbin adını çəkməklə ikitirəlik yaradırsan? İkinci, yoxsa əgər ikisindən birisənsə, nə üçün? Heç adama deyərlərmi ki, niyə şiəsən, yaxud niyə sünnüsən? Məgər Hüseynbala Səlimov İlham Əliyev vəhabi səudiyyəsində şiə üslubuna uyğun namaz qılarkən ona demişdi ki, sən niyə şiəsən? İnsan hansı məzhəbə etiqadlıdırsa hakimiyyət başında da həmin məzhəbin mənsubudur. Yoxsa o, hakimiyyətin Sovet imperiyası kimi bütün dinləri qadağan etməsini umur? Vəhdət qurmaq, şiə-sünnü söhbəti salmamaq o demək deyil ki, əqidəni, məzhəbini danasan? Yox, kimsə siyasi əqidəsi kimi dini əqidəsini də satmağa hazırdırsa, biz nə deyə bilərik?
Daha sonra deyir: "İkincisi, İranın “dini həmrəylik” çağırışlarında heç bir səmimiyyət yoxdur və bunu illərdir ki, onun Ermənistanla bağlı siyasətində görürük." Burda da Hüseynbala Səlimov "meymun baxar güzgüyə, adını qoyar özgəyə" məsəlinin baş qəhrəmanına çevrilir. Adam İranı "İslam həmrəyliyinə" zidd addımlar atmaqda ittiham edir. Amma bu sözləriylə şiəni vurduğunu, müsəlmanlar arasında təfriqə saldığının fərqində deyil (?!) Özünü çox güman ki müsəlman sayan bu adam, İrandakı müsəlman rəhbərlik ilə həmrəy deyil. Üstəlik, dediyimiz kimi şiə əleyhinə danışır. Bunun özü ixtilafdan, şiə-sünnü söhbəti salmaqdan xəbər vermirmi? Üstəlik İranın Ermənistanla dost olduğunu hər dəfə deyib İranı pisləyir. Yaxşı İran Ermənistanın dostudursa deməli Ermənistan da İranın dostudur. İndi İran dostunu qoyub Hüseynbala Səlimov kimi onu təhqir edən fitnəkarlarla dostgluq eləsin?
Görünür Hüseynbala Səlimov da Kərmaət Böyükçölün, Seymur Baycanın aqibətini yaşayır.
Hərdən bir ağıl nemətini işə salmaq lazımdır. Dinin yoxdursa heç olmasın, özün bilərsən Allahınla, axı ağlın olmalıdır.