Suriya prezidenti Bəşər Əsəd yeni müdafiə nazirinin təyin edilməsi barədə fərman imzalayıb.
Arannews-Bu barədə "SANA" agentliyi məlumat yayıb.
Məlumatda bildirillir ki, bu vəzifəyə Abdulla Əyyub təyin edilib. A.Əyyub bundan əvvəl Suriya ordusunun qərargah rəisi vəzifəsində çalışıb. Onun sələfi, sabiq müdafiə naziri Fahed Casem əl-Frəc 2012-ci ildə müdafiə naziri təyin edilib.
Ölkənin sənaye naziri vəzifəsinə Məhəmməd Mazin Əli Yusif, informasiya naziri vəzifəsinə isə İmad Abdulla Sara təyin ediliblər.