Tarix : 2018 Jan 02
Kod 53948

Minlərlə nəfər Təl-Əvivdə Netanyahunun korrupsiyasına qarşı aksiya keçirib

İşğal olunmuş Fələstin sakinlərindən minlərlə nəfər dünən gecə Təl-Əvivdə beşinci həftə dalbadal sionist rejimin baş naziri Benyamin Netanyahunun korrupsiyasına qarşı aksiya keçirib.
Arannews-Əllərində plakatlar tutmuş aksiyaçılar Netanyahunun və onun nazirlər kabinetinin istefa verməsini istəyiblər.
Netanyahu son həftələrdə bir neçə dəfə polis tərəfindən istintaq olunubdur.
Netanyahu iki korrupsiya işində iştirakda şübhəli bilinir. Birinci iş varlı tacirlərdən hədiyyələr almaqla bağlıdır. İkinci iş isə sionist rejimin baş nazirinin onun nazirlər kabinetinin xəbərlərinin daha yaxşı işıqlandırılması üçün rəqib qəzet olan “İsrail Hume” üçün məhdudiyyətin yaradılması qarşılığında sionist “Yediot Aharonot” qəzetinin sahibi ilə razılaşması ilə əlaqədardır.
Proqnoz edilir ki, Netanyahu barədə təhqiqatların nəticəsi qarşıdakı həftələrdə yayılacaqdır.
Netanyahu sionist rejimin ilk məsul şəxsi deyildir ki, cinayət təhqiqatı və istintaq ilə üzləşibdir. Sionist rejim başçıları arasında əxlaq və maliyyə pozğunluqları rəvac tapıbdır.
Sionist rejimin keçmiş baş naziri İhud Olmert də 2014-cü ildə rüşvət almaq üstündə məhkum edilmişdi. Ariel Şaron da baş nazir olduğu dövrdə rüşvət almaq və maliyyə pozğunluqlarına görə, istintaqa cəlb olunmuşdu.
  • Yazılıb
  • da (də) 2018 Jan 02
  • Göndərən مدير سايت Aran News