İşğalçı sionist rəsmiləri 2017-ci ildə ən az 645 dəfə müxtəlif bəhanələrlə İbrahim Əl-Xəlil məscidində Azan verilməsinə qadağa qoyub. Bunu Fələstin dini işlər və vəqflər naziri Yusif İdis deyib.
Arannews-“Memo” xəbər saytına istinadən bildirilir ki, Y.İdis deyib ki,təkcə dekabr ayında 53 dəfə azan verilməsi qadağan olunub. Bu müsəlmanların dini azadlıq hüquqlarının pozulması və İslami müqəddəslərə təcavüzdür.
Y.İdis Əl-Xəlil şəhərində sionistlərin dini məkanlara təcavüzlərinin artması təhlükəsi ilə bağlı xəbərdarlıq edib və bildirib ki, bu addımlar İslami məkanların nəzarətdə saxlamaq məqsədi ilə atılır.