Tarix : 2018 Jan 03
Kod 53953

Məsciddə 645 dəfə Azan qadağan olunub

İşğalçı sionist rəsmiləri 2017-ci ildə ən az 645 dəfə müxtəlif bəhanələrlə İbrahim Əl-Xəlil məscidində Azan verilməsinə qadağa qoyub. Bunu Fələstin dini işlər və vəqflər naziri Yusif İdis deyib.

Arannews-“Memo” xəbər saytına istinadən bildirilir ki,  Y.İdis deyib ki,təkcə dekabr ayında  53 dəfə azan verilməsi qadağan olunub.  Bu müsəlmanların dini azadlıq hüquqlarının pozulması və İslami müqəddəslərə təcavüzdür. 
 Y.İdis Əl-Xəlil şəhərində sionistlərin dini məkanlara təcavüzlərinin artması təhlükəsi ilə bağlı xəbərdarlıq edib və bildirib ki, bu addımlar İslami məkanların nəzarətdə saxlamaq məqsədi ilə atılır. 
  • Yazılıb
  • da (də) 2018 Jan 03
  • Göndərən مدير سايت Aran News