Arannews:Truth.ngo-ABŞ, İsrail, Səudiyyə Ərəbistanı kimi terror anaları, hətta Amerikanın sabiq prezidenti Klinton “şirniyyat payladı”, əlaltılarına gözaydınlığı verdi. Özləri də əmindirlər ki, İran üçün belə iğtişaşlar ağcaqanad sancmasından yuxarı deyil! Özləri də bilirlər ki, İslam Respublikası 40 ildir çox ağır imtahanlar verir! Özləri də bilirlər ki, qısa müddət sonra sabitlik bərpa olacaq, onlara tuşlanmış qılınc daha da itiləşəcək!
Məntiqli və qərəzsiz insanlar üçün dünyanın siyasi politrası aydındır. Elə bir ölkə tapmaq olmaz ki, milli mənafelərini əsas götürməsin. Bütün ölkələr üçün milli mənafe öndə gəlir. Həm Amerika, həm Rusiya, həm Türkiyə, həm də İran belədir. Amma bir qrup hökumət başqa xalqların maraqlarını ayaq altına alır, milli maraqların təmini yolunda təcavüz və istismardan belə çəkinmir. Amerika məhz belə ölkədir, dünyadakı münaqişələrdə Amerikanın böyük rolu var. Ağ Ev suyu bulandırıb balıq tutur deyə bilərik. Amerika əksər regionlarda və ölkələrdə siyasi gərginlikdən, qarşıdurmalardan məharətlə istifadə edir, demokratiya oyunu oynayır. İran necə, o da dünyaya ağalıq uğrundamı çalışır?! O da süveren ölkələrə təcavüz edib, dinc sakinlərin başına mərmi ələyirmi?!

Bəli, dünya ölkələri məhz hakim rejimin ədaləti baxımından qruplara ayrılıb. Amerika və müttəfiqləri milli maraqların təmini üçün dünyaya ağalıq etməyə çalışır. Bu ölkələr bir zamankı açıq müstəmləkəçi ölkələrdir. Zaman keçdikcə dünyada ən azı ərazi baxımından müstəqil ölkələrin sayı artıb. XX əsrin əvvəllərində dünyada 50 suveren dövlət vardısa, hazırda bu say 210-a çatıb.
Amma dünya imperializmi və beynəlxalq sionizm kimi bəşəriyyətin ziddinə olan klublar yerindədir. Bu iki əsas klub müxtəlif adlar altında mafioz strukturlarını yaradır. Desək ki, BMT super dövlətlərin maraqlarına xidmət edir yalan olmaz. Bu da insafsızlıq olar ki, beynəlxalq təşkilatların zaman keçdikcə müstəqilləşdiyini qeyd etməyək. ABŞ prezidenti Trampın bütün beynəlxalq qanunları və əxlaq qanunlarını ayaq altına alaraq işğal olunmuş Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanıması və bu qərarın BMT tərəfindən rədd edilməsi bir nümunə ola bilər.
Yüksək inkişaf etmiş ölkələr ABŞ, Yapоniya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanadanın daxil olduğu Böyük Yeddilik qrupudur. Bu qrup iqtisadi birlik sayılsa da, imperialist ölkələrin siyasi maraqları əsasında fəaliyyət göstərir. Məsələn, Rusiya ilə Ukrayna arasında Krımdan dolayı münaqişə yarananda Böyük Yeddiliyin əsil mahiyyətini gördük. G7 adlandırılan ölkələr – ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar mövzusunu ortaya atdı. G7 ölkələri daha əvvəl Rusiya hakimiyyətində təmsil olunan yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar tətbiq etmişdi.
İsveçrə, Avstriya, Belçika, Niderland, Lüksemburq, İsveç, Nоrveç, Danimarka, Finlandiya, İslandiya Qərbi Avrоpanın yüksək inkişaf etmiş kiçik dövlətləridir. Avstraliya, Yeni Zelandiya, CAR, İsrail Mühacir kapitalizm ölkələri adlandırılır. Bütün bu ölkələri Amerika və müttəfiqləri adı altında birləşdirmək olar. Əlbəttə ki, Qərbi Avrоpanın inkişafda geri qalmış ölkələri adlandırılan İrlandiya, İspaniya, Pоrtuqaliya, Yunanıstan da bu qrupdandır.
Mərkəzi və Şərqi Avrоpa ölkələri (Pоlşa, Latviya, Litva, Estоniya, Macarıstan, Çeхiya, Slоvakiya, Slоveniya, Rumıniya, Bоlqarıstan, Serbiya, Çernоqоriya, Хоrvatiya, Bоsniya və Hersоqоvina, Albaniya, Makedоniya), o cümlədən MDB ölkələri (Rusiya, Ukraina, Belоrus, Mоldоva, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaхıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) Rusiya istisna olmaqla daha çox böyük dövlətlərin ardınca gedir. Qalan bütün ölkələr ya Amerika, ya Rusiya, ya Çin, ya da son 40 ildə qütbə çevrilən İrana yaxınlığı ilə seçilir.
Bu gün Amerikanın imperialist siyasətlərinə qarşı çıxan İranın çox ciddi təzyiqlərlə üzləşməsi təsadüfi deyil. Amerika və İsrail açıq şəkildə İran İslam Respublikasını devirmək, bu ölkədə siyasi rejimi dəyişmək üçün böyük pullar xərcləyir.
İranda son iğtişaşların pərdəarxası maraqlıdır. Bəli, İranda iqtisadi problemlər var və bu problemlər dünyanın hətta inkişaf etmiş ölkələrindəki problemlərdən fərqlənmir: işsizlik, məskən, infilyasiya və s. Dünya miqyasında siyasi arenada söz sahibi olan İran kimi iqtidarlı ölkədə iğtişaşlar qanunauyğundurmu? Əgər Amerika prezidenti iğtişaşlara dəstək verirsə, bu dəstək normaldırmı? Kimdir İranda bankları, avtomobilləri, hətta bayrağı yandıran min nəfərlik qruplar?
İranda sabitliyi pozan ən kiçik hadisə arxasında Amerikanın maliyyə yardımı var. İğtişaş videolarını izlədikdə sayı minə çatmayan qrupların əsgərlik yaşında gənclərdən ibarət olduğu açıq görünür – sosial şəbəkələrdən idarə edilən çılğın gənclər! Amerika 20 il olar ki, İranda məhz sosial şəbəkələr vasitəsilə çaxnaşma yaratmaq (soft war) yolunda milyon yox, milyardlar xərcləyir.

Xəbər yayılır ki, iki nəfər həlak olub. İlk ağıla gələn budur ki, polis atəş açıb və iki nəfər həlak olub. Amma Lorestanda həmin virtual gənclər yanğınsöndürən maşını ələ keçirib və qəza törədib. Qəza nəticəsində iki nəfər həlak olub!!
80 milyonluq İran cəmiyyəti soft war deyilən rəvan müharibənin hədəfindədir. Teleqram şəbəkəsində iğtişaşçılara partlayıcı qurğu hazırlamaq, küçə döyüşü qaydaları öyrədilir. Amerikaya bağlı televiziya və radio şəbəkələri əsil barrikadaya çevrilib.