İraq Kürd Muxtariyyəti Türkiyə və İranla olan sərhəd qapılarının nəzarətini mərkəzi rəhbərliyə təslim edəcək.
Arannews-Bu barədə İraqın Baş naziri Heydər İbadinin məsləhətçisi Ehsan Şammari məlumat yayıb.
Referendumun tarixdə qaldığını deyən Şammari sərhədlərə nəzarət etmək üçün ali komitə yaradılmasının qərarlaşdırıldığını bildirib.