Tarix : 2018 Jan 03
Kod 53961

Azərbaycanda şiələrin məzlumluğundan bəhs edən “Nar və Ənar” filmi Tehranda ekrana çıxdı

Azərbaycan Respublikasında şiələrin məzlumcasına vəziyyətindən bəhs edən “Nar və Ənar” sənədli filmi ilk dəfə olaraq Tehranda Fələstin kinoteatrında ekrana çıxdı.

AranNews-in “Əmmar Xalq Film Festivalı”nın keçirildiyi yerdən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının şiələrinin məzlumcasına vəziyyətindən söz açan “Nar və Ənar” sənədli filmi dekabrın 31-də Tehranın Fələstin kinoteatrında ekrana çıxıb. “Əmmar Xalq Film Festivalı”nın 8-ci dövründən nümayiş etdirilən film tamaşaçılar tərəfindən çox yüksək qarşılanıb.

Festivaldan verilən xəbərə görə, salonun bütün oturacaqları dolub və film sona yetdikdə tamaşaçıların davamlı alqışları ilə qarşılanıb.

Film sona yetdikcən sonra tamaşaçılardan müsahibə alınıb. Onların əksəriyyəti Azərbaycan Respublikasında şiələrin acınacaqlı durumundan narahat olduqlarını bildirib və media baykotundan heyrətə gəldiklərini deyiblər. Həmçinin tamaşaçılar filmi hazırlayanlardan xahiş etdilər ki, Azərbaycanın hadisələrini mədəni proqramlar çərçivəisində bütün dünyaya çatdırsınlar.

Filmin ekranlaşmasından sonra jurnalistlərin iştirakı ilə bu əsərin tənqid və araşdırılması baş tutub.

Xatırladaq ki, “Nar və Ənar” filminin ikinci pərdəsi 4 yanvarda Tehrann Fələstin kinoteatrının ikinci salonunda ekrana çıxacaq.

  • Yazılıb
  • da (də) 2018 Jan 03
  • Göndərən مدير سايت Aran News