Kiyev ətrafında üç gün əvvəl itkin düşən ukraynalı hüquq müdafiəçisi İrina Nozdrevskayanın meyiti tapılıb.
Arannews-Bu barədə “Ukrayna 112” telekanalına DİN nümayəndəsi İlya Kiva məlumat verib.
İlkin istintaq zamanı məlum olub ki, meyiti körpüdən atıblar. Hüquq-mühafizə orqanları hadisəni İrinanın peşəkar fəaliyyəti ilə əlaqələndirirlər.
Qeyd edək ki, İ. Nozdrovskayanın bacısını 2015-ci ildə Vışqorod Rayon Məhkəməsinin hakimi Dmitri Rossoşanskinin əmisi oğlu avtomobillə vurub öldürmüşdü. Sonradan məlum olub ki, sürücü hadisə zamanı içkili olub. Hüquq müdafiəçisi iki il ərzində bu işi araşdırırdı.
2017-ci ildə Nozdrovskaya Rossoşansikinin cəza almasına nail olub. Sonuncu yeddi il müddətinə azadlıqdan məhrum edilib. Qadının qohumlarının sözlərinə görə, hakimin yaxınları Nozdrovskayanı dəfələrlə hədələyiblər.
Hüquq müdafiəçisinin itkin düşməsi barədə dekabrın 29-da məlum olub.