Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranda bahalaşma ilə başlayan hökumətə qarşı istiqamətlənmiş etiraz aksiyalarını belə şərh edib: “İrandakı aksiyalara iki nəfər dəstək verir: Netanyahu və Tramp”.
Arannews-Ahlibeyt.ge Deyerler.orga istinadən xəbər verir ki, Hurriyet qəzetinin yazarı Hande Fəratın bildirdiyinə görə, Çavuşoğlu İranda qarşıdurmaların tez bir zamanda dayanmasını və sabitliyin bərpa olunmasını istədiklərini bildirib: “İranı tənqid edən ölkələr səmimi və ikili standartlardan uzaq olmalıdır. Misirdə dövlət çevrilişi oldu, hamı dəstək verdi. Bəs çevrilişin əleyhinə idiniz? Ruhaninin açıqlamalarını müsbət qiymətləndiririk. Arzumuz prosesin tez bir zamanda başa çatmasıdır”