Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanında baş verən insan haqları pozuntuları ilə bağlı xəbərdarlıq edib.
Arannews-BMT ekspertləri dünən yaydıqları bəyanatda Səudiyyə Ərəbistanı rejiminin bu ölkədə insan haqları sahəsində fəallara qarşı təzyiqləri artırdığını bildiriblər.
Bəyanatda vurğulanıb ki, ötən ilin sentyabr ayından bu günə qədər Səudiyyə Ərəbistanında yazıçı, jurnalist, din xadimi və siyasi fəallar olmaqla 60 nəfər saxlanılıb.
BMT xəbərdarlıq edərək qeyd edib ki, bu Səudiyyə Ərəbistanının qurumdakı nüfuzuna zərbə vurur. Mənbə:/eastnews.org/