Tarix : 2018 Jan 04
Kod 53968

Tramp indi də Hillari Klintonun köməkçisini həbs etdirmək istəyir

ABŞ prezidenti Donald Tramp ölkə prezidentliyinə sabiq namizəd Hillari Klintonun köməkçisi Huma Abedini həbs etməyə çağırıb.

Arannews-“Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə D.Tramp “Tvitter”də yazıb.
“Fırıldaqçılığa meylli Hillari Klintonun köməkçisi Huma Abedin təhlükəsizliyə dair əsas protokollara əməl etməkdən imtina edir. O məxfi parolları xarici casuslara, demək olar ki, vermiş oldu... Həbsxana!”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, Huma Abedinin həyat yoldaşı intim şəkillər yaydığına görə ötən il 21 ay həbs cəzasına məhkum edilib.


  • Yazılıb
  • da (də) 2018 Jan 04
  • Göndərən مدير سايت Aran News