Arannews-“Truth NGO” xəbər verir ki, dekabrın 30-da Məşhəddə – hökuməti ölkədə iqtisadi vəziyyətin pisləşməsində günahlandıranlar tərəfindən 200 nəfərlik etiraz aksiyası keçirilmişdir. Bununla yanaşı bir sıra digər şəhərlərdə Həsən Ruhaninin siyasətini dəstəkləyən mitinqlər də keçirilmişdir. Bunlar hələ hökumət əleyhinə mitinqlərdən əvvəl, İranda 2009–cu ildə keçirilmiş irimiqyaslı etiraz aksiyalarının yatırılmasının səkkizinci ildönümünə hazırlıq ərəfəsində planlaşdırılmışdı.
Qeyd olunmalıdır ki, İsrailin Onuncu kanalının verdidyi xəbərə görə,dekabrın 29-da, iğtişaşlardan bir sutka əvvəl, İsrail və ABŞ dövlətləri “İrani yubatmaq barədə xüsusi məxfi proqram” imzalamışlar. Yanvarın 2-nə olan məlumata görə, 13 nəfər, o cümlədən bir polis əməkdaşı həlak olmuşdur.
ABŞ-ın vitse-prezidenti Maykl Pensin dediyinə görə, Vaşinqton “İran xalqının zalım rejimə qarşı qəhrəmancasına apardığı müqaviməti dəstəkləyir”.
Pens öz Twitter səhifəsində bele yazmışdır: “İran xalqının get-gedə güclənən müqaviməti bu gün bütun azadlıq uğrunda, tiranlığa qarşı mübarizə aparanlara, inam və ümid bəxş edir. Onların bizə olan inamını qıra bilmərik və qırmayacağıq da”.
İrandakı hökumət əleyhinə olan ünsürlərin təchizatı hansı yolla aparılır?
Bu barədə suala, Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü İsmayıl Şabanov cavab vermişdir:
“İrandakı iğtişaşlar indiki halda özəyi Bakıda yerləşdirilmiş dövlət cevrilişləri ilə məşğul olan mütəxəssislər tərəfindən idarə olnur. Söhbət “rəngli inqilablar” sahəsinin mütəxəssislərindən gedir. Dekabrın 17-də ABŞ və İsraildən Bakıya gəlmiş mütəxəssislər qrupunun dərhal ABŞ səfirliyini ziyarət etməsi heç də təsadüfi deyil. Sonra onların Azərbaycan parlamentinin deputatı, beynəlxalq işlər üzrə komissiyanın sədri Səməd Seyidovla və deputat Asim Mollazadə ilə görüşləri baş tutmuşdur.
Daha sonra onlar Azərbaycan Müdadiə Nazirliyinə üz tutmuş, orada diasporalarla iş üzrə nazir Nazim İbrahimovla, eləcə də İranın Azərbaycan əyalətindən olan tələbələrlə görüşmüşlər. Bundan sonra qonaqların şərəfinə adları qeyd olunan şəxslərin iştirakı ilə ziyafət məclisi keçirilmişdir. Üç gündən sonra, dekabrın 20-də Bakıya ABŞ konqressmeni, Amerika Yəhudi Təşkilatlarının icraçı direktoru Malkolm Honlayn gəlmişdir, hansı ki, onu şəxsən prezident İlham Əliyev qəbul etmişdir.
Bəli, İranın Bakıdakı səfirliyinin qarşısında İran separatçıları tərəfindən İran Azərbaycanını İran İslam Respublikasından ayırmaq tələbi ilə keçirilmiş mitinqin arxasında məhz bu adamlar durur. Mən əminəm: İrandakı hadisələr bilavasitə ABŞ, İsrail və Azrbaycanın idarəçiliyi ilə baş verir. Ümid edirəm ki, İran vəziyyəti nəzarət altında saxlaya biləcəkdir. Məsələ bundadır ki, İran İŞİD-lə mübarizədə yaxın əməkdaşlıq etmişdir və bu səbəbdən Rusiyanın düşmənləri İranı bağışlaya bilmirlər.
Elə buna görədir ki, qeyd olunan dövlətlər rəsmi Bakının imkanlarından istifadə edərək, İran-Azərbaycan sərhədi yaxınlığında plasdarm yaratmaq qərarına gəlmişlər. Onlar Azərbaycanda pantürkizm əhval-ruhiyyəsinin gücləndirilməsinə çalışırlar. Buradaca daha sonra İrana göndəriləcək mütəxəssislər hazırlanır.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi qeyri dövlətlər tərəfindən İranın daxili işlərinə qarışma cəhdlərini pisləmişdir. Mən, Rusiya Talış Diasporasının rəhbəri kimi İranın daxili işlərinə hər hansı bir xarici müdaxiləni qətiyyətlə pisləyir və bu barədə öz narahatçılığımı bildirirəm”.