Tarix : 2018 Jan 04
Kod 53971

"İşğalçı ABŞ və İsraildən Türkiyənin müttəfiqi ola bilməzlər"

Türkiyənin Səadət partiyasının rəhbəri deyib: Amerika və sionist rejimin aşkar və gizli hərəkətləri Türkiyənin inkişafı və tərəqqisinə bir maneədir.
Arannews:nur-az.com-“Amerika və sionist rejim Türkiyənin strateji müttəfiqi ola bilməzlər.”
Türkiyənin bu partiya rəsmisi deyib: “Amerika Türkiyənin regiondakı müxaliflərinə və terrorçulara silah göndərir, amma Türkiyə hökuməti terrorizmə dəstək verən dövlətləri özünün strateji şəriki adlandırır.”
Temel Karamollaoğlu bildirib ki, hakim partiya atmosfer yaratmaqla ölkənin başını qatmaq istəyir. O, deyib: ” Türkiyə hökmranları daim böhran yaratmaqla öz qüdrətlərini genişləndirməyə çalışırlar. ”
O, bildirib ki, Türkiyə rəsmiləri xalqın problemlərini həll etmək qüdrətinə malik deyillər. O, deyib: ” Hakim partiya atmosfer yaratmaqla cəmiyyətdə qütbləşməyə bais olmamalıdır. “
Türkiyənin Səadət partiyasının sədri bu ölkədəki pis məişət durumuna toxunaraq, söyləyib: “Hökumət ölkə iqtisadiyyatını məhv edib, halbuki maldarlıq, əkinçilik, sənaye və istehsal sektorlarına dayaq olmalıdır.”


  • Yazılıb
  • da (də) 2018 Jan 04
  • Göndərən مدير سايت Aran News