Tarix : 2018 Jan 04
Kod 53972

Rza Zərrab və Hakan Atillaya hökm oxunacaq

ABŞ məhkəməsi Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atillanı İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilib.
Arannews:Rakurs.tv-RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bunu Nyu-Yorkun Cənub dairəsinin prokuroru vəzifəsini icra edən Cun Kim bəyan edib.
 Onun sözlərinə görə, Atilla barəsində hökm aprelin 11-də çıxarılacaq.
“Halkbank”-ın baş direktorunun müavini ötən ilin martında ABŞ-da saxlanılıb. ABŞ tərəfi M.H.Atillanın sahibkar Rza Zərrabla sövdələşməyə girdiyini və  sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib.


  • Yazılıb
  • da (də) 2018 Jan 04
  • Göndərən مدير سايت Aran News