Tarix : 2018 Jan 04
Kod 53973

Nəsrullah: ABŞ prezidentinin arzusu ürəyində qaldı

Hizbullah təşkilatının lideri Seyid Həsən Nasrallah İranda baş verən etirazlara münasibət bildirib.
Arannews-FaktXəbər-in verdiyi məlumata görə, Hizbullah lideri "Əl-Məyadin" telekanalına müsahibəsində deyib ki, ölkədəki böhran siyasi deyil, iqtisadi səbəblərdən qaynaqlanıb.
"İrandakı etirazlar siyasi deyil, iqtisadi səbəblərdən qaynaqlanır. Hadisələr bir neçə bankın iflasını açıqlaması ilə başlayıb. Bəzi siyasi qruplar isə nümayişlərdən istifadə edərək hadisəyə siyasi qiymət verib. İranda baş verənlər tam daxili bir məsələdir. Ölkədə işsizlik və iqtisadi çətinliklər var. Xalq küçəyə iqtisadi çətinliklərlə bağlı etirazlara çıxdı. Elə buna görə də dövlət etirazçılara anlayış və diqqətlə davrandı. Və xalqa onsuz da anladılır ki, bu gün Yaxın Şərqə müdaxilə etçəsək, sabah ölkəmizdə savaşmalı olacağıq. Amma etirazçıların arasına aksiyaların yömümü dəyişmək istəyənlər sızdılar",-deyə Seyid Həsən Nəsrullah əlavə edib. 
Hizbullah lideri İrandakı iğtişaşlar zamanı səslənən şüarlara da münasibət bildirib: ""Qəzzaya yox", "Livana yox", "Canımız fəda olsun İrana" şüarına gəlincə isə, bu yeni şüar deyil. Amma bu şüar bütün İran xalqının səsi deyil. Müqavimət İran xalqının ruhundadır. ABŞ, İsrail və Səudiyyənin bu etirazlara sevinərək dərhal reaksiya verməsi də diqqət çəkicidir. Halbuki bu etirazlar 2009-cu ildə baş verən etirazlarla müqayisə səviyyəsində olmayıb. Hətta 2011-ci ildə Suriyada başlanan etirazlarla da müqayisə edilməyəcək qədər kiçik idi. Və bu gün İrandan gələn məlumatlara görə artıq kampaniya bitib. Amerika prezidentinin arzusu isə ürəyində qaldı".
  • Yazılıb
  • da (də) 2018 Jan 04
  • Göndərən مدير سايت Aran News