Rusiyalı xanım Darya Sergeyevna Nəcəfül-Əşrəfdə İmam Əlinin (ə) mütəhhər hərəmində cəfəri fiqh elmi əsasında İslam dinini qəbul edib.
Arannews-Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, İmam Əlinin (ə) hərəminin xarici ziyarətçilər idarəsinin rəsmisi Seyid Əli Əl-Şar rusiyalı xanımın İslam dinini qəbul etdikdən sonra, iraqlı Əhməd Əl-Zuhari ilə nigaha daxil olduğunu bildirib.
Darya Sergeyevna İmam Əlinin (ə) hərəminin Media Mərkəzinə açıqlamasında belə deyib: “Doktor Əhmədin Rusiyadakı akademik təhsili dövründə İslam dininin prinsiplərini mənə izah etməkdə böyük rolu var”.