Tarix : 2018 Jan 05
Kod 53981

Yəmən ordusu Səudiyyə hərbçilərini pusquya saldı -

Bu barədə məlumat “Ənsarullah” hərəkatına məxsus xəbər portalında yayımlanıb
Arannews-Yanvarın 2-də Yəmən ordusu və “Ənsarullah” hərbçiləri Səudiyyə Ərəbistanın Cizan vilayətində bu ölkə hərbçilərini zirehli avtomobilləri ilə hərəkəti zamanı pusquya salıb.   Pusquya düşən Səudiyyə hərbçilərinin öldürüldüyü və onlara məxsus texnikanın məhv edildiyi bildirilir.  
Bu 
Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib milyonlarla insan xəstəlik və məcburi köçükün vəziyyətinə düşüb. Dənizdən və havadan blokada ölkəyə zəruru ərzaq və tibbi ləvazımatın daxil olmasına maneə olur.
Hazırda blokada nəticəsində milyonlarla yəməni ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etidirir.
Mənbə: eastnews

  • Yazılıb
  • da (də) 2018 Jan 05
  • Göndərən مدير سايت Aran News