Tarix : 2018 Jan 05
Kod 53986

Nar və Ənar filmi İlham Əliyevin gizli şəxsiyyətinin üstünü açır

“Nar və Ənar” filminin prodüseri Mehryəzdan: “Tamaşaçıların zehnində Azərbaycan haqqında yeni təsəvvür yaranır və başa düşürlər ki, Azərbaycanın terrorçu simasının arxasında qətliamçı bir sima dayanır.”

AranNews-in “Əmmar Film Xalq Festivalı”ndan verdiyi xəbərə görə, “Nar və Ənar” filminin tənqid və araşdırılmasına həsr edilmiş iclas film prodüseri Əmir Mehryəzdanın və film tənqidçisi Məhəmməd Əsğərinin iştirakı ilə baş tutub.

Ə. Mehryəzdan bu sənədli filmin hazırlanması ilə bağlı deyib: “Biz bu hadisələrin sorağına getmədik, bu filmin əhvalatı özü bizim sorağımıza gəldi. Əmmar Festivalının yeddinci dövründə əsərin rejissoru Bəni-Həmzə ilə tanış oldum. O, Azərbaycan Respublikası barədə bir sənədli filmin hazırlanması fikrində idi. Amma siyasi və təhlükəsizlik məsələləri üzündən prodüserlərin çoxu film üzərində işləməkdən imtina etmişdi. Mən bu əsəri qəbul etdim. Nardarana gediş-gəliş çox çətin idi. Ona görə də mən filmi hazırlamaq üçün başqa ölkəyə getməyi təklif etdim. Lakin siyasi məsələlərə görə oranın əhalisi ilə görüşmək və çəkiliş aparmaq mümkün deyildi.”

Prodüser daha sonra deyib: “Bu filmi hazırlamaq çox çətin idi. 3-4 dəfə əsərin montajı dəyişdi, amma filmin rejissoru bütün səylərini göstərərək onun hazırlanmasını davam etdirdi. Mən ilk dəfə filmin nəticəsini görəndə çox təsirləndim.”

Ə. Mehryəzdan əlavə edib ki, filmin nəticəsi fikrimcə peşəkar alınmayıb, amma hissi baxımdan çox ürəkoxşayandır və Nardaranın xəbərlərinin mediada əks etdirilməməsinə diqqət etməklə, bu film vasitəsilə İlham Əliyevin gizli şəxsiyyətinin üzərindən örtüyü qaldırmağa təlaş etmişik.

Tənqidçi Məhəmməd Əsğəri Azərbaycan Respublikası mövzusunda çoxdan idi ki, bir əsər hazırlanmasını gözlədiyini diqqətə çatdıraraq deyib: “Bu əsərdə istifadə olunmuş reportajlar əsasən, Nardaranın məlum acı hadisələrindən ibarət idi. Ümumiyyətlə, dünya şiələri barədə formalaşmış fikir budur: şiə o kəsdir ki, namaz qılır, hicabı var, İmam Hüseyn (ə) adına toplanır və zülmə məruz qalır.”

M. Əsğəri əlavə edib ki, “Nar və Ənar” filmi də şiəyə həmin təfəkkürlə yanaşıb. Halbuki, Azərbaycan Respublikası şiələri mövzusunu bundan daha artıq real baxışlarla araşdırmaq lazımdır.

M. Əsğəri daha sonra deyib: “Bizim qonşu ölkəmizdə daha köklü zülm yaranmaqdadır. Bundan əlavə, İran camiəsi üçün Nardaran mövzusu tanış deyil.”

Tənqidçi Nardaran əhalisinin Azərbaycan Respublikasının cəmiyyətinin çox az bir hissəsini təşkil etməsini vurğulayaraq deyib: “Azərbaycan Respublikası əhalisinin fikrində din daha çox bir mədəniyyətdir. Bir azəri müsəlman musiqidən ləzzət duymaqla eyni zamanda İmam Hüseyn (ə) əzadarlıq mərasimində də iştirak edir.

Bu sənədli film ən çox İran cəmiyyətinin Nardaranla tanış olması məqsədi daşımışdır. Amma sonrakı işlər Nardaranın vəziyyətinə kömək məqsədi daşımalıdır.”


  • Yazılıb
  • da (də) 2018 Jan 05
  • Göndərən مدير سايت Aran News