Nyu –Yorkda yüzlərlə insanın iştirakı ilə işğalçı İsrail rejiminin həbs etdiyi "Fələstinli cəsur qız" kimi tanınan və "Hənzələ Cəsarət Mükafatı"nın sahibi Əhəd ət-Təmiminin və fələstinli məhbusların azad olunması tələbi ilə etiraz aksiyası keçirilib.
Arannews-Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ-da yaşayan müsəlmanlar və digər din mənsubları fələstinli məhbuslar və Təmimiyə dəstək məqsədi ilə Nyu-Yorkun önəmli bölgələrindən olan Grand Central Terminal bölgəsində toplaşıb.
Əllərində üzərində “Əhəd Təmimi sərbəst buraxılsın”, “ABŞ-ın İsrailə yardımları kəsilsin”, “Əhəd Təmimi və bütün siyasi məhkumlar sərbəst buraxılsın”, “Fələstinli uşaqları qaçırmağı dayandırın”, “Qüds Fələstinin paytaxtıdır” şüarlar yazılmış plakartlar daşıyan etirazçılar ABŞ və İsrail rəsmiləri əleyhinə şüarlar səsləndiriblər.
Etiraz aksiyası “Təmimiyə azadlıq”, "Fələstinli məhbusalara azadlıq" və “Fələstinə azadlıq” şüarları altında başa çatıb.
Aksiya iştirakçıları ABŞ-da yaşayan müsəmanlar və digər din mənsublarını hərəkətə keçməyə çağırıb. Onlardan istəyiblər ki, fələstinlilərə dəstək üçün İsrailin Vaşinqtondakı səfirliyi və Nyu Yorkdakı baş konsulluğu qarşısında etiraz aksiyalarını davam etdirsinlər.
New York'ta "Filistinli cesur kız" Temimi'ye destek gösterisi
Amerikalı Müslümanlar ve Filistin destekçisi Amerikalılardan oluşan yüzlerce kişi, İsrail'in günlerdir gözaltında tuttuğu Filistin'in sembol isimlerinden "Hanzala Cesaret Ödülü" sahibi Ahed et-Temimi'nin (16) serbest bırakılması için New York'un en önemli bölgelerinden Grand Central Terminali'nde eylem yaptı. ( Atılgan Özdil - Anadolu Ajansı )
06.01.2018 Atılgan Özdil
1 / 11