Bəhreynin Milli Birlik Hərəkatının baş katibi şeyx Əli Salmanın dördüncü məhkəmə iclası Manama prokurorunun "Qətərin xeyrinə casusluq" və "hərbi sirlərin ifşa edilməsi" adlandırdığı ittihamlar əsasında davam edib.
Arannews-Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, şeyx Əli Salmanın 4-cü məhkəmə iclasında Milli Birlik Hərəkatının başçısı Qətərin sabiq xarici işlər naziri Həməd bin Casim ilə telefon əlaqəsi saxlamaqda ittiham edilib. Şahidlərin dindirilməsindən sonra növbəti məhkəmə iclası 25 yanvara təyin edilib.
Ali-Xəlifə rejimi qondarma ittihamlar irəli sürməklə siyasi və dini fəallara qarşı represiyaları artırmağa çalışır. Bu istiqamətdə indiyə kimi yüzlərlə bəhreynli həbs edilib.
Bəhreyn 2011-ci ilin fevralından hakim rejim əleyhinə dinc etirazların şahididir.