Tarix : 2018 Jan 07
Kod 54000

Torpaq satanlar İrana hücumdan dəm vurur

Bir neçə gündə gündəmi zəbt eləyən İran mövzusunda bir şeyi aşkarladım ki, özünü bizə müxalifət deyə soxuşduran dəstə, əslində heç də bizim müxalifət yox, İranın müxalifətiymiş.

Arannews:Truth.ngo-istinadən xəbər-Bir “Azadlıq” radioları da var, bizim dildə olan redaksiyaları da- axşama kimi ancaq İrandan danışırlar.
Biri İranın bir neçə günə məhv olacağından, o biri İran xalqının və bizim əksəriyyətimizi təşkil edən şiəliyin aradan gedəcəyindən dəm vurur. Digəri isə daha da ağılsızlıq edərək, İrana hücüm etməkdən danışıb, öz iç üzlərini ortaya qoyur ki, bəs “tanıyın bizim necə axmaq olduğumuzu”!
Güya ki, bunların fikirləri, dərdləri oradakı azərbaycanlılarmış, bölünmüş torpaqlarmış.
Ancaq onları bircə dəfə görməzsən ki, belə ciddi-cəhdlə yaxın keçmişdə itirilmiş torpaqların qaytarılması ilə məşğul olsunlar.
Zatən bunlara heç bir torpaq da etibar eləmək olmaz. Etibar olunan torpaqları ya peşkəş edərlər, ya da ki satarlar.
25 il ərzində itirilmiş torpaqlardan cəmi-cümlətani bircə dənə təpə qaytara bilmişik.
Bununla belə ağıllılarımız utanmaz-utanmaz İrandan torpaq tələb edirlər ki, kiməsə peşkəş versinlər.
O torpağın kimə peşkəş etmək istədikləri bir ayrı söhbətin mövzusudur.
Məsələ ondadır ki, bu ünsürlərin belə cənfəşanlıqla ortalığa düşmələri tək İrandan nəsə almaq üçün deyil, həm də ölkəmizi İranla düşmən etmək məqsədi güdür.
Bəhanə axtarırlar ki, İranla bağlı bir bəd xəbər gəlsin, ya da ümumiyyətlə İran adı çəkilsin. O dəqiqə düşürlər ortalığa, başlayırlar İranı tikə-tikə bölməyə, ağıllarına və ağızlarına gəlıni danışmağa.
Şükürlər olsun, biz artıq belələrini daha yaxından tanıyırıq, kimin-kim olduğunu ayırd edə bilrik.
Artıq elə bir zaman gəlib çatıb ki, sular durulub və haqq tərəfində olan insanlarımızın sayı çoxalıb.
Nə qədər onlar öz çürük fikirlərini yaymağa çalışsalar da haqqsevər insanlarımız onların layiqli cavablarını verirlər.
Bizə güclü İran kimi düşmən yox, dost, qardaş kimi lazımdır.
Şərə qarşı bir olaq!

 

  • Yazılıb
  • da (də) 2018 Jan 07
  • Göndərən مدير سايت Aran News