Tarix : 2018 Jan 07
Kod 54002

İranda baş verən iğtişaşlar niyə Azərbaycan və Türkiyədəki pantürkistləri sevindirir – İsmayıl Şabanov

Ekspertin fikrinə görə İlham Əliyev özünü rəsmi olaraq əlli milyon azərbaycanlının prezidenti elan edib
Arannews-Truth NGO – İranda 29 dekabrda başlayan iğtişaşlar üç gün sonra söndü. Artıq İranın bütün şəhərlərində milyonlarla insanın İslam sistemini dəstəklədiyi mitinqlər keçirilir. Bu hadisələrə ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə yanaşı, ən çox sevinənlər içərisində azərbaycanlı pantürkistlər də var idi. Onlar bununla bir daha özlərinin siyasi qısqanclıqlarını və cahilliklərini nümayiş etdirdilər. Əlbəttə bu rolu onlar üçün rəsmi Bakı ayırmışdı. Axırıncının analoji mövqedə dayanması da heç kəsə sirr deyil. Məhz Əliyev rejimi son illərdə panturkizm istiqamətində onlarla tədbir keçirmişdir. Bu barədə biz dəfələrlə məqalələrimizdə və çıxışlarımızda qeyd etmişik. Onların bəzilərini bir daha təkrar edək…
Birincisi, məlumdur ki, dünya pantürkistlərinin qurultayı məhz Bakıda keçirilmişdir. Həmin tədbirdə çoxsaylı türk bayraqların nümayişilə yanaşı səhnənin ortasında pantürkistlərin simvolu olan “boz qurd”un iri başı qoyulmuş, tədbiri də sıradan bir adam deyil, president İlham Əliyevin özü açmışdı. Yenə həmin Bakı şəhərində Ümumdünya Azərbaycanlıları Konqresinin qurultatı keçirilmiş və orada İlham Əliyev özünü bütün 50 milyon azərbaycanlının prezidenti elan etmişdir. Barmaqdan sovrulan, ən azı bir neçə dəfə şişirdilən rəqəmləri bir kənarə qoyub qeyd etmək yerinə düşür ki, belə bəyanatlarla Əliyev rəsmi olaraq cənub qonşusuna əraizi iddiaları irəli sürmüşdür. Bununla bağlı isə İranın Bakıdakı səfirinin diplomatik tondan uzaq və kəskin reaksiyası özünü çox gözləməmişdir: “Bunu yalnız yuxuda görəcəksiz!”.
İkincisi, bu illər ərzində Azərbaycanın mənasız və satqın müxalifəti deyil, məhz rəsmi Bakı həyasızcasına açıq-aşkar orta və ali məktəblərdə tarix dərsliklərini təhrif etmiş, İranın tarixi irsini və şəxsiyyətlər oğurlamış, həmçinin Azərbaycanın köklü xalqlarının mədəni irsini özününküləşdirmiş, əhaliyə pantürkist şuar və nağılları sırımış, öz vətəndaşlarını İrana və Rusiyaya qarşı düşmənçilik ruhunda formalaşdırmaq siyasəti aparmış, Rusiya və İranın ərazisində ideoloji və angentura işi aparmışdır. Bəli, bütün bunların arxasında Bakı rejimi dayanır. Əlbəttə bu növ çirkli işlərin bir qismi bir sıra hallarda heç nəyə yararlı olmayan müxalifətə də tapşırılır.
Hətta bir neçə il öncə hakimiyyətə satılan müxalif ideoloqlarından biri, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu maskasının cırıldığını aydın şəkildə dərk etdikdən sonra panturkist müxalifətə müraciətlə etiraf etmişdir ki, onlar hakimiyyətin xidmətçiləridir və pantürkizmin əsas hərəkətverici qüvvəsi hakimiyyətdir. Arifoğlu açıq tekstlə muxalifəti iqtidarı müdafiə etməyə şağırır və bildirir ki, Əliyev hakimiyyətinin süqutu pantürkist siyasəti bir dəfəlik olaraq tarixin zibilliyinə göndərə bilər.
Xüsusi olaraq əlavə etmək yerinə düşür ki, Bakı telekanalların yeni il və 31 dekabr dünya azərbaycanlıların həmrəylik günü ilə bağlı təşkil etdiyi verlişlərdə də uydurulmuş 50 milyon rəqəmi hallandırılaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası bütün azərbaycanlıların dövlətidir. Xatırladaq ki, son məqalələrimizin birində oxucularımızı məlumatlandıraraq yazmışdıq ki, bir müddət öncə, daha dəqiq desək, keçən il noyabr ayının ilk günlərində İlham Əliyevin İran İslam Respublikasına səfəri zamanı Bakıya əslən İranın Xuzistan vilayətindən olan, İran hüquq-mühafizə orqanları tərəfindən bir sıra terror aktların törədilməsində şübhəli bilindiyi üçün axtarılan və hazırda Londonda yaşayan separatçı Yusif Əzizi Bənitorofu dəvət edilib. Onu dövlət yönlü təşkilat olan Azərbaycan Yazıçılar İttifaqı qəbul etmiş və mükafatlandırmışdı. Həmin görüşdə İran Azərbaycanından olan digər separatçı Əjdər Tağızadə də iştirak etmişdir. Bu adam illərdir ki, Bakıda gizlədilir və ondan İran səfirliyi qarşısında keçirilən antiiran aksiyalarında və digər antiiran tədbirlərində istifadə edilir.
İranda baş verən anti-hökümət yönlü aksiyalara artıq Musavat partiyasının başqanı Arif Hacılı, Ümid partiyasının sədri İqbal Ağazadə və digər panturkist mətbəxinin uğursuz siyasətçiləri tərəfindən dəstək verilmişdir. Bu uzdəniraq siyasətçilərin bəyanatları ilə tanış olduqca onların məzmun baxımından Turkiyə telekanallarında səslənən ekspert rəylərilə üst-üstə düşdüyünün şahidi olursan. Türkiyə ekspertləri də özlərinin Bakıdakı “qardaşları” kimi İranın qədim, yeni və ən yeni tarixindən və İranın bügünkü reallığından heç nə deyə bilməsələr də, onların “dərin siyasi analitikası” göz oxşayır.
Bir halda ki, söhbət Turkiyədən düşdü qeyd etmək yeriə düşər ki, bu ölkə İran hadisələrilə bağlı bir neçə gün pauza götürmüdü. Yalnız Rusiya XİN-nin Rusiya dövləti adından ABŞ liderlərinin müvafiq bəyanatını qətiyyətlə və kəskin şəkildə İslam Respublikasının daxili işlərinə qarışmaq kimi qiymətləndirərək, onu qınadıqdan sonra Türkiyə liderləri də hərəkətə keçərək, analoji bəyanatla çıxış etmişlər.
Türkiyə hakimiyyətinin ikiüzlülüyü heç kəsə sir deyil və biz bunun dünya və reqional siyasətin müxtəlif məsələləri zamanı onların bəyanat və hərəkətlərində şahidi olmuşuq. Son hadisələr bir daha onu göstərdi ki, Moskva və Tehran növbəti “arxadan zərbə”ni almamaq üçün onlarla ehtiyatlı davranmalıdır. Xatırladaq ki, Türkiyədə 15 iyul 2016-cı ildə baş tutmayan son dövlət çevrilişi zamanı Rusiya və İran prosesin ilk saatlarındaca belə hərəkətləri pisləmiş və rəsmi Ankara ilə birlik nümayiş etdirərək, bütün imkanlarla Türkiyə hakimiyyətini dəstəkləmişlər. O vaxt İlham Əliyev isə gözləmə müvqe tutmuş və yalnız üsyan yatırıldıqdan sonra Türkiyə hakimiyyətilə solidarlıq nümayiş etdirmişdir. Bunlar bir daha onu göstərir ki, “qardaş” dövlətlərin hakimiyyətləri özlərinin apardıqları siyasətdə müstəqil deyillər və onlar daha çox Rusiya və İrana qarşı duran qüvvələrdən asılı vəziyyətdədirlər.

 
  • Yazılıb
  • da (də) 2018 Jan 07
  • Göndərən مدير سايت Aran News