Jurnalist Maykl Vulfun “Atəş və qəzəb: Trampın Ağ evində” kitabı satışa çıxan kimi bestsellerə çevrilib. Kitab hələ çapından əvvəl qalmaqala səbəb olmuşdu.
Arannews-FaktXəbər-in CNN-ə istinadən məlumatına görə, ABŞ prezidenti Donald Trampın kitab barədə xoşagəlməz sözləri və onun hüquqşünaslarının nəşri qadağan etmək cəhdləri məsələnin daha da böyüməsinə gətirib çıxarıb.“Yaxşı ki, prezidentin çoxsaylı tviti var. Onlar bir növ kitabın reklamına səbəb oldu. Biz o dəqiqə anladıq ki, nüsxənin sayını artırmalıyıq”, - deyə Nyu-Yorkda yerləşən kitab mağazasının sahibi bildirib.
“Atəş və qəzəb: Trampın Ağ evində” kitabı artıq “Amazon” saytında satış üzrə liderlər arasında yer alıb. Kitab qiyməti 18 dollardan başlayır.
Müəllifin sözlərinə görə, Trampın ətrafındakı insanlardan alınan yüzlərlə müsahibənin daxil olduğu kitab onun prezidentliyinin ilk ilində baş verən hadisələrdən bəhs edir.
Ağ Evin başçısı isə öz növbəsində kitabı “saxta” və “yalan” adlandırıb.