Tarix : 2018 Jan 08
Kod 54016

Səud qəbiləsinin xarici işlər naziri ərəb ölkələrindən sionist rejimi tanımalarını tələb edir

Səud qəbiləsinin xarici işlər naziri deyib ki, sionist rejim ilə Fələstin arasındakı münaqişə üçün daimi həll yolunun tapılacağı təqdirdə, ərəb ölkələri sionist rejimi rəsmən tanıyacaqlar.

Arannews-Ərəbistanın xarici işlər naziri Adil Əlcubəyr Fransa telekanallarından biri ilə müsahibədə deyib: Ərəb ölkələri Bəhreyndə konfrans keçirərək, Fələstin məsələsinin həllindən sonra sionist rejimi rəsmən tanımaq qərarı çıxarıblar.
Adil Əlcubəyr İran İslam Respublikasına qarşı müştərək hərəkət barədə də etiraf edib ki, Ərəbistan ilə sionist rejim arasında ortaq maraqlar mövcuddur.
Ərəbistanın xarici işlər naziri Ərriyadın ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etmək üzrə hərəkətilə müxalifəti barədə də belə iddia edib: Bu hərəkət iki dövlətin- Fələstin və İsrail dövlətlərinin təşkili barədə daimi razılaşmanın əldə olunmasından öncə bu şəhərin yerinin məlum olmaması prinsipi ilə təzaddadır.
Sionistlərin ən yeni hərəkətlərində və ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etmək üzrə hərəkətinin ardınca bu rejimin parlamenti birinci oxunuşda sionistlərin “Qüdsün bölünməsinin qadağan olunması” və ya “müttəfiq Qüds” adlandırdıqları qanunun lehinə səs verib. Bu qanun bundan öncə sionist rejimin nazirlər kabinetinin qanunvericilik üzrə nazirlik komitəsində qəbul edilmişdi.

 
  • Yazılıb
  • da (də) 2018 Jan 08
  • Göndərən مدير سايت Aran News