Tarix : 2018 Jan 09
Kod 54019

Bakıda “Xurşiddən Pərvinə qədər” adlı konfrans keçiriləcək

“Xurşiddən Pərvinə qədər” konfransı İran mədəniyyət müzakirələri bölməsinin əməkdaşlığı ilə Bakıda keçiriləcək.

AranNews-in İslami Mədəniyyət və Münasibətlər Təşkilatına istinadla verdiyi xəbərə görə, “Xurşiddən Pərvinə qədər” konfransı İranın mədəniyyət müzakirələri bölməsinin əməkdaşlığı və Təbriz Universiteti və Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının iştirakı ilə 21 fevralda AMEA-nın Ədəbiyyat İnstitutunun toplantı salonunda keçiriləcək.

Konfrans iki ölkənin xanım şairələri Pərvin Etisami və Xurşidbanu Natəvana həsr ediləcək.

Təbriz Universitetinin rektoru, müasir və klassik ədəbiyyat ərsəsinin mütəfəkkirləri və nəzəriyyəçiləri, İran və Azərbaycan ölkələrinin müasir şairlərinin iştirakı ilə keçiriləcək bu konfrans ədəbiyyat sahəsinin mühəqqiq və elitası ilə tanış olmaq məqsədilə keçirilir.

Xurşidbanu Natəvan (1832-1897 m.) Azərbaycan Respublikasının müasir dövrünün ən yaxşı qəzəl yazan şairələrndəndir. Onun şer əsərləri əsasən türk və fars dillərindədir. Xurşidbanu 20 ildən çox “Məclisi-üns” ədəbiyyat əncüməninə rəhbərlik etmişdir. Onun söylədiyi şerlər dərhal onlarla tanınmış şair tərəfindən yüksək qarşılanmışdır. X. Natətan nəzirə, təzmin, rübai və qəzəl kimi müxtəlif növlərdə şerlər söyləmişdir.

Pərvin Etisami (25 isfənd 1285-15 fərvərdin 1320 h.ş.) İranın ən məşhur qadın şairəsidir. P. Etisami uşaq ikən fars, ərəb və ingilis dillərini öz atasından öyrənmiş, elə uşaq çağlarından atasının və Dehxuda, Məlikuş-Şüəra Bahar kimi ustadların nəzarəti altında şer yazmağa başlamışdır. Onun atası Yusif Etisami İranın müasir şair və tərcüməçilərindən sayılır. Pərvinin şer yaradıcılığının formalaşmasında və istedadlarının kəşf edilməsində atasının böyük rolu olmuşdur.

P. Etisaminin təkcə “Şerlər Divanı” adlı əsəri çap edilmişdir. Bu kitabda məsnəvi, qitə və qəsidə səpkilərində olan 606 şer toplanmışdır.

Pərvin daha çox münazirə səpkində yazdığı şerlərə görə məşhur olmuşdur. Onun şerləri kitab şəklində çap edilməzdən öncə “Bahar” jurnalında, Həştrudinin “Müntəxəbül-asar” və Dehxudanın “Əmsal və Hikəm” kitablarında çap edilmişdir.

Pərvin Etisami “Şerlər Divanı” kitabı ikinci dəfə çap edilməzdən əvvəl 1941-ci ildə 35 yaşında ikən Tehranda yatalaq xəstəliyindən vəfat edir və Qum şəhərində həzrət Fatimə Məsumənin (ə) hərəmində, atasının məzarı yanında dəfn edilir.

Onun dünyaya gəldiyi gün –25 isfənd– Pərvin Etisaminin anım günü kimi qeyd edilir.

  • Yazılıb
  • da (də) 2018 Jan 09
  • Göndərən مدير سايت Aran News