Xatırladaq ki, Donald Tramp 6 dekabr 2017-ci ildə verdiyi açıqlamada Qüdsü İsrailin paytaxtı olaraq qəbul etdiyini elan etmiş və Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsinə dair Dövlət Departamentinə təlimat verdiyini açıqlamışdı.
َArannews-Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslami Cihad Hərəkatı Qadın Qolları tərəfindən Qəzzanın şərqindəki Şucaiyyə məhəlləsində keçirilən aksiyada ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanımaq qərarı pislənib. Nümayişçilər Fələstin bayraqları və Əqsa məscidi plakatları qaldırıb.
Mitinqdə çıxış edən İslami Cihad Qadın Qolları İnformasiya İdarəsinin mətbuat katibi Aminə Həmid "Trampın Qüds qərarına qarşı mövqeyimizi yüksək səslə çatdırmaq üçün Qəzzanın şərq sərhədində toplaşdıq", - deyib.
"İşğalçı qüvvələrin Qəzza sərhədində qurduğu yeni tikanlı məftilləri dərhal götürməli olduğunu" deyən Həmid ABŞ prezidenti Trampın tarixi həqiqətləri dəyişdirilməsinin mümkün olmadığını və fələstinlilərin ABŞ-İsrail qərarları ilə mübarizəyə hazırlıqlı olduqlarını qeyd edib.
Xatırladaq ki, Donald Tramp 6 dekabr 2017-ci ildə verdiyi açıqlamada Qüdsü İsrailin paytaxtı olaraq qəbul etdiyini elan etmiş və Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsinə dair Dövlət Departamentinə təlimat verdiyini açıqlamışdı.
BMT Baş Assambleyasında Türkiyənin dəstəyiylə hazırlanan və Trumpın qərarını tənqid edən Qüdsün statusuna dair "İsrailin İşğal Altındakı Şərqi Qüds və Fələstin Torpaqlarındakı Fəaliyyəti" adlı qətnamə layihəsi, ABŞ-ın təhdidlərinə baxmayaraq, 21 dekabr 2017-ci ildə 9-a qarşı 128 səslə qəbul edilmişdi. Səsvermədə 35 ölkə isə bitərəf qalmışdı.