Livanın Hizbullah hərəkatının İcra Şurasının sədri Seyid Haşim Safiyuddin indiki real təhlükənin Fələstin və Qüds məsələsinin yox edilməsində gizləndiyini bildirib.
Arannews-Deyerler.org İslam saytına istinadən xəbər verir ki, Seyid Haşim Safiyuddin çıxışında belə deyib: “Sionist İsrail rejiminin 1948-ci ildə qurulması, fələstinlilərin üzləşdiyi ən təhlükəli hadisə idi. Bu gün də real təhlükə Fələstin məsələsinin yox edilməsidir. Belə ki, artıq ərəb və İslam dünyasındakı ölkələrdə Fələstin və Qüds yoxdur.
Bizim bu gün, xüsusən Amerika və İsrail rejiminin bəzi ərəb ölkələrinin əməkdaşlığı ilə çətin layihələrinin mövcud olduğu bu həssas dövrdə, Fələstin və Qüdsü müdafiə etmək üçün təbliğ və cihad kimi məsuliyyətimiz var”.