Tehranda 2-ci təhlükəsizlik konfransının iştirakçıları Asiyanın qərbində destabilliyin yaranmasının səbəblərini şərh edərək bu regionda təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.
Arannews-Tehranın 2-ci təhlükəsizlik konfransı 49ölkədən siyasi, təhlükəsizlik rəsmiləri və tədqiqatçıların iştirakı ilə keçirilib. İraqın Ali İslami Məclisinin sədri Humam Həmudi Qüds və Fələstinin azad edilməsi məsələsinin müsəlman dövlətlər və xalqların ən əsas diqqət mərkəzində durmalı olduğunu vurğulayaraq deyib: Sionistlər bir başa yaxud dolayısı ilə Asiyanın qərbindəki bütün böhranların əsas amilidirlər.
Omanın xarici işlər naziri Yusif Bin Ələvi də deyib: Asiyanın qərbi regionu bu gün hökmranların yeni nəslinin əlinə keçib və onların hərəkətləri təhlükəsizlik və sabitliyi poza bilər.
İran-Fələstin dostluq cəmiyyətinin sədri Məhəmməd Əl-Bəhisi də Balfor bəyannaməsinin dünya müsəlmanlarının həyatını zəhərlədiyini bildirərək deyib: Fələstin və İran xalqlarına qarşı bütün təzyiqlər onların zalım güclər qarşısında dayadıqları və fələstinlilərin hüquqlarını dəstəklədiklərinə görədir.
Livan prezidentinin müşaviri Şarbel Vəhbi isə deyib: Müsəlman ölkələr Fələstin məsələsinə inanmalıdırlar ki, fələstinlilər qələbə çalsınlar. İslam dünyasının ilk məsələsi regionda sionist rejim ilə qarşılaşmaqdan ibarətdir.
Əfqanıstanın nümayəndələr məclisinin üzvü Nahid Fərid də Asiyanın qərb regionunun potensialları sırasında enerji və turizm amilinin əhəmiyyətini vurğulayara deyib: Terrorçu qruplar region dövlətlərinə zərbə vurmaq üçün iqtisadi vasitədən istifadə etmək ardıncadırlar.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları müəssisəsinin rəhbəri Dan Smit Tehranda təhlükəsizlik konfransında etdiyi çıxışında deyib: Təhülkəsizliyi silahla satın almaq mümkün deyil, Asiyanın qərbində təhülkəsizliyi və balansı yaratmaq lazımdır ona görəki bu regionun təhlükəsizliy bütün dünya üçün önəmlidir.
İtaliyanın keçmiş baş naziri Massimo Dalema da Asiyanın qərbində təhlükəsizlik mexanizminin formalaşması qarşısında duran əsas maneələrdən birinin dialoq mədəniyyətinin olmamaması olduğunu bildirərək deyib: Asiyanın qərbində stabillik ətraflı razılaşmanı tələb edir və bütün regional və beynəlxalq oyunçuları əhatə etməlidir.
Britaiyanın keçmiş baş naziri Cek Strou da İranın yeni təhlükəsizlik balansındakı roluna toxunaraq deyib: Asiyanın qərbində təhlükəsizlik mexanizmlərinin məğlubiyyətə uğramasının səbəbi özlərini problemlərdən uzaqda saxlayan oyunçuların olmasıdır.