Ayətullah Seyid Əli Xamenei son iğtişaşlara sərt cavab verən və düşmənin planlarını yerlə-yeksan edən İran xalqına təşəkkür edib.
Arannews-FarsNews -a istinadla xəbər verilir ki, İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün Qum şəhərinin ictimaiyyət nümayəndələrini qəbul edib.
Ayətullah Xamenei Qum şəhəri ictimaiyyət nümayəndələri qarşısında çıxışının mühüm bir qismini son iğtişaşlara və onu yaradan amillərə həsr edib.
Ayətullah Xamenei bu çıxışında deyib:
"Düşmənin 40 ildir bizə qarşı gördüyü bütün işlər əks-inqilabdır. Çünki inqilab düşmənin İranın siyasi arenasındakı kökünü kəsib atmışdır. Mövzu 1 ilin, 2 ilin yaxud 5 ilin mövzusu deyil. Döyüş, millətin millətin ziddinə olanlarla döyüşüdür. Döyüş, İranın İranın ziddinə olanlarla döyüşüdür. Döyüş, İslamın İslamın ziddinə olanlarla döyüşüdür. Və bu davam edəcək. Düşmən hər dəfə əks-hücuma keçir və hər dəfə məğlub olur. Səy edir, amma işi irəli apara bilmir. Səbəb isə millətin buna qarşılıq verməsidir. Millət bütün qüdrətilə Amerikaya, İngiltərəyə və Londonda əyləşənlərə deyir ki, bu dəfə də bacarmadız və gələn dəfə də bacara bilməyəcəksiniz. Onu da bildirim ki, xalqın düşmənə qarşı ayaqlanması sıradan bir iş deyil. Tam əminliklə deyirəm ki, dünyanın heç bir yerində belə bir şey yoxdur. Xalq iğtişaş salanların törətdiklərini gördükdən sonra müxtəlif yerlərdə küçəyə çıxdı və düşmən muzdurlarının öz işindən əl çəkmədiyini gördükdə, yürüşlər daha da çoxaldı. Sonrakı günlər bu yürüşlər Qumda, Kermanşahda, Məşhəddə, Şirazda, Təbrizdə və başqa şəhərlərdə də keçirildi. Millətin düşmənə qarşı bu bəsirətliliyi 40 ildir davam edir.
Xalqın həqiqi tələblərilə törədilən vəhşiliklər arasında fərq qoymalıyıq. Bayrağı yandırmağın, Quranı və İslamı təhqir etməyin xalqın tələblərilə heç bir əlaqəsi yoxdur. Son günlər baş verənlər haqqında təhlillər aparılır və hamısında ortaq mövqe budur ki, haqlı tələblərlə küçəyə çıxanlar və vəhşiliklər törədənlər ayrı-ayrı dəstələrdirlər. Bir dəstə insan məhrum olduğu bir şey üçün çıxıb etirazını bildirir. Amma bundan istifadə efərək onlara qoşulub bayrağı yandırmaq, Quran və İslamı təhqir etmək, məscidə od vurmaq ayrı bir işdir. Bunları bir-birilə qarışdırmamalıyıq. Xalqa öz etiraz səsini bildirmək haqqı həmişə verilib. Bizə hər dəfə filan şəhərdə ya məntəqədə filan müəssisə, idarə yaxud parlament qarşısında camaatın etiraz etməsi məlumatı verilir. Heç kəs də onlarla sərt davranmır. Amma gərək onlar dinlənilə və problemləri həll edilə. Qəti olan budur ki, iğtişaş törədənlər idarə olunurdular. Baş verən hadisələrdə "üçlük" fəal idi. Kim idi onlar? Bunlar saxlanıların etirafı və həmçinin kəşfiyyat xidmətinin əldə etdiyi məlumatlardır. Amerika və sionistlər neçə aydır ki, İran haqqında bir plan üzrə işləyirdilər. Kiçik şəhərlərdən başlayıb böyük şəhərlərə və oradan paytaxta sirayət edən bir hərəkat üzrə işləyirdilər. Amma bunun üçün pul lazım idi ki, Amerika daha pul xərcləmək istəmir. Pulu körfəz ölkələri təmin etdilər. Üçüncü dəstə isə Mücahidini-Xəlq təşkilatıdır. Terrorlar edən, adam öldürən münafiqlər. Neçə aydır təşkilatlanırlar. Özləri də bunu öz mətbuatlarında etiraf edirlər. Amerikalılarla rabitədə olduqlarını, daxildə olan adamlarıyla camaatı küçələrə çıxartmaq üçün danışıqlar apardıqlarını özləri bildirirlər. "Bahaçılığa yox" şüarı ilə etirazlara başladılar. Bu elə bir şüardır ki, hamının xoşu gəlir. Camaat onlara qoşuldu. Camaat ki, onlara qoşuldu, camaatı öz məqsədlərinə qarşı yönləndirdilər. Bir tərəfdən "canım İrana fəda olsun" deyirdilər, digər tərəfdən bayrağı yandırırdılar. Şüursuzlar anlamırdılar ki, bu iki şey bir-birilə düz gəlmir. Ümumiyyətlə siz nə vaxt canınızı İrana qurban verməyə hazır olmusuz? Müharibə zamanı canını düşmən müqabilində sipər edən və 300.000 şəhid olanlar inqilabçı və hizbullahçı adamlar olublar. Siz o zaman harada idiniz ki, indi canım İrana fəda olsun deyirsiz?
Amerika əsəb içindədir. Amma tək məndən yox. Sizdən, İran xalqından, İran dövlətindən ki, ABŞ-ı yenə məğlub etdi. İndi də Amerikanın dövlət rəsmiləri deyir İran höküməti xalqından qorxur. Xalqdan niyə qorxmalıyıq?! İran dövləti xalqdan yaranıb və xalqa məxsusdur. Sonra deyirlər İran dövləti Amerikadan qorxur. Əgər Amerikadan qorxuruqsa necə oldu sizi 80-ci illərdə İrandan bayıra və indi də regiondan bayıra atırıq? Amerika rəhbərləri bunu bilsinlər ki, hədəfləri boşa çıxdı. Mümkündür yenə səy etsinlər. Amma bilsinlər ki, yenə başları daşa dəyəcək. Bilsinlər ki, bu neçə gündə bəzi zərərlər vurublar ki, bu cavabsız qalmayacaq. Amerikanın başında olan o zahirdə normal adam olmayan bilsin ki, bu nümayişkaranə dəlilikləri cavabsız qalmayacaq. Və həmçinin xaricdə və çox təəssüf daxildə olan amerikasevərlər də bilsinlər ki, hökümət möhkəm dayanıb və Allahın lütfüylə bütün çətinlikləri, problemləri və zəiflikləri aradan qaldıracaq."