Tarix : 2018 Jan 10
Kod 54039

Suriya Xarici İşlər Nazirliyi İsrailin hücumlarına reaksiya verib

Suriya Xarici İşlər Nazirliyi çərşənbə axşamı BMT baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktublarda İsrail rejiminin Suriya əleyhinə hərəkətlərinə öz etirazını bildirib.
Arannews-İRNA-nın məlumatına görə, Suriya Xarici İşlər Nazirliyinin məktublarında deyilir: İsrailin hücumları bu rejimin regionda gərginliyin artırılması üzrə düşmənçilik mövqeyini təsdiq etməklə yanaşı, regionun hazırkı durumunun daha da mürəkkəbləşməsinə səbəb olur. 
Suriyanın Xarici İşlər Nazirliyi həmçinin bildirib: İsrailin hərəkətləri Suriyada terrorizmi himayə etmək və ərəb torpaqlarına qarşı işğalçılığı davam etdirməkdir. 
Suriya ordusu və silahlı qüvvələrinin baş komandanlığı da bir bəyanat yayaraq, Suriya Hava Qüvvələrinin çərşənbə axşamı İsrail rejiminin Dəməşqin ətrafında yerləşən Əl-Qətifə məntəqəsinə qarşı bir neçə raket hücumunu zərərsizləşdirdiyini bildirib
  • Yazılıb
  • da (də) 2018 Jan 10
  • Göndərən مدير سايت Aran News