Tarix : 2018 Jan 10
Kod 54040

Bəhreyndə 90 siyasi-ictimai fəalın ölkədən çıxışına qadağa qoyub

Bəhreyn Demokratiya və İnsan Hüquqları Təşkilatının məlumatına görə, rejim tərəfindən 90 siyasi, ictimai və media fəallına ölkədən çıxışına qadağa qoyulub
Arannews-İslamazeri.com “İQNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə Təşkilatın twitter hesabında məlumat dərc edilib. Bildirilib ki, bu qərar Bəhreyn Milli Təhlükəsizlik orqanı tərəfindən və məhkəmə icazəsi olmadan qəbul edilib. 
Təşkilat rejim rəsmilərindən insan hüquqlarına zidd olan qərarı ləğv etməyi və insan haqları müdafiəçilərinin milli və beynəlxalq səviyyədə çalışması üçün lazımi şəraitin təmin edilməsini tələb edib.

  • Yazılıb
  • da (də) 2018 Jan 10
  • Göndərən مدير سايت Aran News