Azərbaycan icmasının nümayəndələri çərşənbə günü Kiyevdə Ukrayna Daxili İşlər Nazirliyinin binası qarşısında mitinq keçiriblər.
Arannews-İslaminSesi.info "İnterfaks-Ukrayna"-ya istinadla xəbər verir ki, aksiyaya təxminən 150 azərbaycanlı toplaşıb. Həmyerlilərimiz hüquq-mühafizə orqanlarını Ukraynada azərbaycanlılara qarşı təzyiq göstərən, onların nümayəndələrini oğurlayan cinayətkarlara müqavimət göstərməyə çağırıblar.Mitinq iştirakçılarından bəzilərinin sözlərinə görə, cinayətkarlar güc strukturlarının qorxmurlar, Ukraynada 20-dən çox azərbaycanlı oğurlanıb ki, onların bir qismi sahibkarlıqla məşğul olur.
Aksiya iştirakçıları əllərində belə məzmunlu plakatlar tutublar: "Ukraynaya sərmayə qoymaq istəyirəm, ancaq bu təhlükəlidir", "90-cı illər qayıdır", "Biz Ukraynada quldurluğa qarşıyıq. Həyatımızı qoruyun".