Tarix : 2018 Jan 11
Kod 54055

İlham Əliyev: “Dünya Birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”

“Dünya Birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”.
Arannews-APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu, Avropa İttifaqının ( Aİ) Şərq Tərəfdaşlığı sammitinin yekun bəyyanəməsində də əksini tapıb.
Prezident İ.Əliyev qeyd edib ki,  Dağlıq Qarabağda keçirilən qondarma referendumun beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması da bunu təsdiqləyir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan dövlət başçısı deyib ki,  bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətli və beynəlxalq hüquqa əsaslanır.

  • Yazılıb
  • da (də) 2018 Jan 11
  • Göndərən مدير سايت Aran News