Tarix : 2018 Jan 12
Kod 54056

Vəliyyi-fəqihin nümayəndəsi: Tariximizi və milli sərmayələrimizi tanımalıyıq

Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Təbrizdə keçiriləcək “Nizami Gəcəvi Beynəlxalq Konfransı” ilə bağlı deyib: “Biz öz tariximizi və sərmayələrimizi tanımalıyıq. Nizami konfransının keçirilməsi bu istiqamətdə görülən təsirli işlər sırasındadır.”

AranNews-in “İSNA”-ya əsasən verdiyi xəbərə görə, Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi höccətül-islam vəl-mislimin Seyid Məhəmmədəli Ali-Haşim Universitet Əməkdaşları Komitəsinin üzvləri ilə görüşündə Həkim Nizami Gəncəvi Beynəlxalq Konfransına işarə edərək deyib: “Biz öz tariximizi və sərmayələrimizi tanımalıyıq. Nizami konfransının keçirilməsi bu istiqamətdə görülən təsirli işlər sırasındadır. Konfrans və seminarlar təşkil etməklə ölkəmizin elmi, mədəni və s. sahələrində fəal olmuş, ad-san qazanmış şəxsləri dəyərləndirmək lazımdır.

Düşmənlər belə şəxsiyyətlərimizi bizdən almaq üçün bəhanə ardıncadırlar və biz bu istiqamətdə qabaqlayıcı işlər görməli, düşmənin əlinə bəhanə verməməliyik.”

Vəliyyi-fəqihin nümayəndəsi Nizami Gəncəvi Konfransının təşkil olunmasında təlaş göstərənlərin hamısına öz səylərinə və ədəbiyyatın bu məşhur şəxsiyyətinə dəyər verdikləri üçün təşəkkürünü bildirib.

Görüşdə N. Gəncəvi Konfransının icraçı katibi Müslim Urəngi deyib: “Nizami Gəncəvi Beynəlxalq Konfransı mart ayının 12-də İran, Azərbaycan, Türkiyə və digər ölkələrin mütəfəkkirlərinin iştirakı ilə Təbrizin “Müəllim Tərbiyəsi” salonunda keçiriləcək. Bu konfrans ölkənin elmi və mədəni şəxsiyyətlərinin qorunması və uca tutulması məqsədilə həyata keçirilir. Həkim Nizami Gəncəvi də bu böyük şəxsiyyətlərdən biridir. Azəridilli şair bütün şerlərini farsca yazmışdır. Bu da onun fars dilinə və İrana sevgisini göstərir.”

  • Yazılıb
  • da (də) 2018 Jan 12
  • Göndərən مدير سايت Aran News
Açar sözlər