İranın Azərbaycandakı mədəniyyət attaşesi Bakıda fars dili və ədəbiyyatı üzrə VI olimpiadasının keçiriləcəyini xəbər verib.
AranNews-in verdiyi xəbərə görə, İranın Azərbaycan Respublikasındakı mədəniyyət attaşesi Əsğər Farsi Bakıda keçiriləcək altıncı fars dili və ədəbiyyatı olimpiadasının əlaqələndirmə şurasının ilk iclasında bu olimpiada üçün əlaqələndirmənin yaradılması və müəyyən çərçivənin tənzim edilməsininin zəruriliyini bildirib.
İclasda Bakı Dövlət Universitetinin Fars dili və ədəbiyyatı kafedrasının müdiri Mehdi Kazımov bu universitetin elitasından bir qrupu: Tofiq Cahanfirov, Cavanşir Məmmədov, İsmət Məmmədova, Aygün Əlizadə və Rüstəm Lazımov ilə birlikdə iclasda iştirak etmişdir. Mehdi Kazımov fars dili və ədəbiyyatı altıncı olimpiadasının keçiriləcəyindən razılıq ifadə edərək deyib: “Bu kimi proqramların həyata keçirilməsi iki ölkənin elmi və mədəni əməkdaşlıqlarının fars dili və ədəbiyyatı sahəsində təsirli rolu olacaqdır.”
M. Kazımov bildirib ki, bizim universitet və Bakı Dövlət Universitetin İran otağı VI olimpiadanın yüksək keyfiyyətdə təşkil olunmasına öz təlaşlarını göstərməyə hazırdır.
İclasda fikir mübadiləsindən sonra qərara alınıb ki, cari ildə olimpiadanın icra komitəsi sualların tənzimlənməsi, səviyyələrə bölünməsi, habelə məlumat verilməsi və iştirak etmək istəyənlərin qeydiyyata alınması barədə lazım olan işləri həyata keçirsin.
Xatırladaq ki, hal-hazırda Bakı Dövlət Universitetinin Fars dili və Ədəbiyyatı fakültəsində bakalavr, magistr və doktorluq üzrə 120 tələbə təhsil almaqla məşğuldur. Habelə, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycanın bir sıra digər universitetlərində fars dili və ədəbiyyatı ixtiyari və ya icbari dərs kimi tədris olunur.