Tarix : 2018 Jan 13
Kod 54066

Əsəd: Düşmənin Suriyanı parçalamaq fitnəsi uğursuz qalıb

Suriya prezidenti deyib ki, bu ölkə ordusunun qələbələri Suriyada sabitliyin bərqərarına zəmin yaradıbdır.
Arannews-Suriya prezidenti Bəşşar Əsəd dünən Dəməşqdə Rusiya prezidenti Vladimir Putinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşdə əlavə edib: Suriya ordusunun terrorizmin məğlub edilməsində Rusiya və digər müttəfiqləri ilə birgə əldə etdiyi mühüm qələbələr düşmənin region və Suriyanın bölüşdürülməsi planının uğursuz qalmasına səbəb oldu.
Əsəd vurğulayıb ki, Qərb Suriyanı bölmək üçün uzun müddət plan cızmışdı.
Rusiya prezidenti Vladimir Putinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bu görüşdə Moskvanın Suriyada terrorizmlə mübarizə prosesinə dəstək verdiyini vurğulayıb.

  • Yazılıb
  • da (də) 2018 Jan 13
  • Göndərən مدير سايت Aran News