Tarix : 2018 Jan 13
Kod 54067

ATƏT: Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avropa İttifaqının ATƏT-dəki nümayəndəsinin ATƏT-in yeni sədri, İtaliya xarici işlər naziri Angelino Alfanonun bəyanatına cavabında qeyd edilib.
Arannews-faktxeber.com-Bəyanatda deyilir ki, uzun müddət davam edən Gürcüstan və Moldovadakı münaqişələr, eləcə də Dağlıq Qarabağ münaqişəsi həmişəki kimi Avropa İttifaqının diqqətindədir və Aİ bu münaqişələrin həllində  İtaliyanın ATƏT-in fəaliyyətinin möhkəmləndirilməsinə sadiqliyini yüksək qiymətləndirir.
Bəyanatda o da bildirilir ki, Aİ münaqişələrin ciddi narahatlıq doğuran humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndirir.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib ki, İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir . O qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir
  • Yazılıb
  • da (də) 2018 Jan 13
  • Göndərən مدير سايت Aran News