Tarix : 2018 Jan 14
Kod 54069

Nizami Gəncəvi Beynəlxalq Konfransı barədə seminar keçirilib

Universitet Əməkdaşları Komitəsi “Həkim Nizami Gəncəvi Beynəlxalq Konfransı” barədə seminar təşkil edib. Seminarda ölkənin Mədəniyyət Əməkdaşları Bəsic Təşkilatının sədri və bir qrup mütəxəssis də iştirak edib.

 

AranNews-in “İSNA”-ya istinadla verdiyi məlumata görə, Universitet Əməkdaşları Komitəsinin “Həkim Nizami Gəncəvi Beynəlxalq Konfransı” barədə keçirdiyi seminarda Şərqi Azərbaycan Universitet Cihadı Təşkilatının sədri Cəfər Möhsini ölkənin elmi və mədəni varlıqlarını qorumağa təkid edərək deyib: “Mədəniyyət sahəsinə daha çox diqqət göstərilməli idik. Çünki bugünləri bəzi ölkələr bu sahədə iddialı çıxışlar edirlər. Halbuki, İslamdan sonra İran elm və mədəniyyətin beşiyi olmuşdur.

İslam ölkələri, əlyazmaları ərəb əlifbası ilə olan bir sıra İslam alimlərinin şəkil və bioqrafiyasını öz universitetlərində quraşdırıblar. Halbuki, Əbu Əli Sina, Xarəzmi və s. iranlı olmuşdur.

Mövzunun əhəmiyyətinə diqqət etməklə Həkim Nizami Gəncəvinin tanıdılması, araşdırılması istiqamətində belə toplantıların keçirilməsi zəruri idi. Ona görə də yüksək səviyyəli bu seminarın təşkil olunması Universitet Cihadı Təşkilatının öhdəsinə qoyuldu ki, Həkim Nizami Gəncəvinin əsər və şerləri bir daha nəzərdən keçirilsin.”

Seminarda iştirak edən İran Mədəniyyət Bəsic Təşkilatının sədri doktor Muradi də Həkim Nizami Beynəlxalq Konfransının bu təşəbbüsünü alqışlayaraq deyib: “Azərbaycan yurdu bizim dəyərli tarixi, mədəni və kimlik mirasımızı təşkil edən belə şəxsiyyətlərə diqqət yetirmək işlərində yüksək potensiala malikdir.

Azərbaycan ötən yüz ildə İranın irfan və təfəkkürünün yetişməsinin mənşəyi olmuşdur. Əllamə Təbatəbai, Qazi Təbatəbai və s. kimi böyük şəxsiyyətlər bu yurdun yetirmələridir.”

Həkim Nizami mövzusunun günün aktual mövzusu adlandıran Muradi deyib: “Bu kimi mövzuları önə çəkmək müxtəlif hücumlarla qarşılaşma və cəbhə yaratmanın bir hissəsini təşkil edir.”

Doktor Muradi bildirib ki, bir ölkənin iqtisadi, elmi, texnoloji, hərbi güc və inkişafı onun milli iqtidarından qaynaqlanır.

Seminarda Nizami Gəncəvi Beynəlxalq Konfransının icraçı katibi və Şərqi Azərbaycan Mədəniyyət Əməkdaşlarının Bəsic Təşkilatının sədri Müslim Urəngi də fikir bildirərək deyib: “Qonşu ölkələrdə bəzi dövlət adamları kimlik yaradırlar və bir növ bizim qüsurlarımızdan faydalanmağa çalışırlar. Hətta bizim mirasımızı, böyük şəxsiyyətlərimizi və münasibətləri öz adlarına çıxırlar.”

M. Urəngi bunun qarşısını almaq istiqamətində aparılan işlərdən, N. Gəncəvi Konfransının əməkdaşlarının zəhmətlərindən söz açaraq vurğulayıb: “Bu istiqamətdə konfransa aid 4 dildə fəaliyyət göstərən sayt işə salmışıq. Habelə 12 martda ölkəmizin və qonşu ölkələrin nizamişanasları və mütəfəkkirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirəcəyik.”

Konfransın icraçı katibi əlavə edib: “Bu konfransda təlaş edəcəyik ki, Həkim Nizami Gəncəvini ortaq miras kimi tanıtdıraq. Çünki bir zamanlar Gəncə şəhəri İranın bir hissəsi olmuşdur və Nizami də türk dilli olması ilə eyni zamanda bütün şerlərini fars dilində söyləmişdir. Həkim Nizami əziz İran xalqının milliyyət və birliyinə, İranın müxtəlif etnik tayfaları arasında vəhdətin yaranmasına təkid edən bir şair olmuşdur. Biz bu məsələləri onun əsərlərindən üzə çıxarmalı və örnək etməliyik.”

Həkim Nizami Gəncəvi Beynəlxalq Konfransının elmi katibi doktor Qənizadə də seminarda vurğulayıb ki, bu kimi mövzular üçün təhsil sahəsində zəminə yaratmalıyıq və bununla da kimlik quruluşunun köklərini suvarmalıyıq.

Elmi katib daha sonra deyib: “Bütün universitetlər bu sahədə əməkdaşlıq edir və bu seminar konfransdan əvvəl keçirilən üçüncü toplantıdır. Bundan sonra da daha iki iclas keçirəcəyik.”

Doktor Qənizadə altıncı (h.ş.) əsrdə yaşamış Həkim Nizaminin bilik üzərində bərk təkid etməsini xatırladaraq deyib: “Təkcə Həkim Nizami deyil, bizim şairlərimizin əksəriyyəti elm və bilik mövzusunu önə çəkmiş, onun üzərində təkid etmişdir.”

Universitet ustadı Mucərribi də seminarda öz fikrini bildirərək deyib: “Nizami Gəncəvi bütün dünyaya aid olan şəxsiyyətdir və o qədər mühüm bir şəxsdir ki, Avropada ədəbiyyatçılarının dəyərləndirilməsinə aid son mərasimdə fars dilində yazıb-yaradan ikinci təsirli şair kimi tanındı.

Konfransın nəticələrinin tarixdə iz buraxmasına təlaş etməliyik. Çünki təqvimdə UNESCO-nun “Həkim Nizami Gəncəvi” adına təsdiq etdiyi bir gün yoxdur. Habelə, “Nizami Gəncəvi Mükafatı” yaradılmalıdır və müəyyən bir gündə Nizami Gəncəviyə aid konfranslar keçirilməlidir.”

Mucərribi əlavə edib: “Azərbaycan yurdunun bu sahədə böyük potensialları vardır. Ətraf yerlərdən və ölkələrdən də nizamişünasları əməkdaşlığa dəvət etməliyik ki, Azərbaycanın və Təbriz 2018-in şəninə  uyğun bir konfrans keçirə bilək.”

Azərbaycan Çərxi-Nilufəri Ali Təhsil Müəssisəsinin müdiri və ədəbiyyat ustadı Kamran Paşayi öz nitqində Nizaminin bütün əndişələrinin “Xəmsə”də yer aldığını bildirərək deyib: “Bu barədə doktorluq dərəcəsi üzrə 100 dissertasiyanı istiqamətləndirmişik.”

Kamran Paşayi belə konfransların keçirilməsinin zəruriliyini vurğulayaraq deyib: “Həkim Nizaminin uca tutulması istiqamətində təşkil olunacaq beynəlxalq konfrans çox gözəl bir başlanğıcdır və bu, bizim öz kimliyimizi daha dərinləşdirməyə kömək edir.”

Şərqi Azərbaycan valiliyinin ictimai işlər üzrə müdiri Əliəkbər Radpur seminarda deyib: “Həkim Nizami Gəncəvinin uca tutulması yönümündə keçirilən beynəlxalq konfrans bu mövzuya diqqət yetirmək üçün çox gözəl fürsətdir. Bizim gəldiyimiz nəticə budur ki, konfrans elmi baxımdan çox zənginləşməli, ölkə daxilində və xaricdə daha çox yaxınlaşmaya səbəb olmalıdır.”

  • Yazılıb
  • da (də) 2018 Jan 14
  • Göndərən مدير سايت Aran News