Tikinti ilə məşğul olanlar deyir ki, onlar qanunda nəzərdə tutulan və binanın tikintisi üçün lazım olan materillalara çəkdikləri xərcdən əlavə də vəsait ödəməli olurlar
Azerbaijan Servisi/Aran Agentliyi
Bakıda tikilən binalar maya dəyərindən iki dəfə baha satılır. Daşınmaz əmlak bazarını araşdıran ekspertlər deyir ki, bəzi yerlərdə hətta qiymət fərqi iki dəfədən də artıq olur. Ekspertlər, bu fərqi yeni tikililərdə riskin daha çox olması ilə izah edirlər. Məsələn, Bakıda binaların inşası 3-5 ilə başa gəldiyindən, iş adamı yaşayış binasına qoyduğu vəsaiti elə 5 ildən sonra götürə bilir. Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimovun fikrincə, inflyasiya sürətlə inkişaf etdiyindən, iş adamının indii xərclədiyi vəsait, 5 il sonra həmin dəyərdə olmur.
Amma məsələ tək bununla bitmir. Tikinti ilə məşğul olanlar deyir ki, onlar qanunda nəzərdə tutulan və binanın tikintisi üçün lazım olan materillalara çəkdikləri xərcdən əlavə də vəsait ödəməli olurlar. Yəni, rüşvət verirlər. Tikinti aparan iş adamlarının sözlərinə görə, tikinti üçün sərəncam almaq 800 min və ya 1 milyon manata başa gəlir. Bundan başqa, tikilib başa çatan binanın 10 faizi də müvafiq strukturların ixtiyarına verilir. Məsələn, əgər binada 100 ev varsa burada 10 ev həmin orqanlar tərəfindən xüsusi seçilmiş vətəndaşlara məsələn sənətkarlara, incəsənət xadimlərinə və ya başqalarına hədiyyə olaraq verilir. Xərclər bununla da bitmir. Tikinti ilə məşğul olanlar deyir ki, 8-10 təşkilat da onlardan pul tələb edir. Ümumilikdə bina tikən sahibkar təximinən 2 milyon- 2 milyon 400 min manat arası pul xərcləməli olur. Qeyd edək ki, söhbət mənzillərinin sahəsi 14 min kvadratmetrdən ibarət olan 18 mərtəbəli yaşayış binasından gedir. Sahibkarlar Konfelerasiyasının prezidenti Ələkbər Məmmədovun sözlərinə görə, bina tikintisinə sıfırdan başlayan mahibkar, onu mənzil formasına çatdıranadək xərclədiyi vəsaitin 70-80 faizini qeyri-rəsmi ödənişlər təşkil edir: «Onlar qeyri rəsmi ödədikləri vəsaitləri qeydiyyata ala bilmirlər. Bu, rüşvət kimi verilir. Tikinti üçün torpaq sahələrinin ayrlıması, sənədləşdirilməsi çoxlu xərc tələb edir. Sahibkarlar Konfederasiyasında hesab edirlər ki, bu görünməyən xərclər aradan qaldırılarsa, onda evlərindikindən xeyli aşağı qiymətə satıla bilər və nəticədə ev alanların sayı artar.
İqtisadi İnkişaf Nazirliyindən isə ANS-ə bildiriblər ki, nazirliyə tikinti sahəsində çalışan iş adamlarının belə bir faktlarla bağlı müraciəti daxil olmayıb. Əgər olarsa, İqtisadi İnkişaf Nazirliyi səlahiyyətləri çərçivəsində məsələni araşdıra bilər.