Tarix : 2018 Jan 15
Kod 54085

Səudiyyə Ərəbistanında yeni müxalif hərəkat yaradılıb

Səud rejiminin müxaliflərindən biri, “əl Kəramə” hərəkatını təsis etdiyini açıqlayıb.
Arannews-“Ərəb Ölkələrinin Ağsaqqallar və Qəbilələr Birliyi”-nin sədri Məən Cərba, ölkədə islahatların baş verməsi üçün yeni hərəkat yaratmalarından xəbər verib.
Hərəkatın adını “əl Kəramə” qoyan Cərba bildirib: “Konstitusiyanın yazılması və Ərəbistan yarımadasındakı vətəndaşların hüquqlarının reallaşmasını tələb edirik. Biz Şəhid Şeyx Baqir Nimrin mövqelərini özümüz üçün şüar seçmişik.”
Şeyx Nimrin edamının ikinci il dönəmində Beyrutda keçirilən mətbuat konfransında açıqlama verən rejim müxalifi bildirib: “Şeyx Nimrin çıxışları və mövqeləri gündəmə gətirilməlidir və Onun mövqelərindən ilham almaq lazımdır. Hərəkatımız Şeyx Nimrin təlimləri və mövqelərinə əsasən təsis edilib.”
Hərəkatın tanıtımı
“Əl Kəramə”, islahat aparmaq və Səudiyyə Ərəbistanı xalqının hüququna sahib çıxması üçün yaradılan hərəkat
Hədəflər
Ədalət, hörmət, musavat, məzhəbindən, irqindən və bölgəsindən asılı olmayaraq insan haqlarının bütün cəmiyyət arasında yaranması.
Sivil yolla dəyişiklik və BMT-nin və azad xalqların öz haqqına çatmaq üçün istifadə etdiyi qanuni yollardan istifadə etmək.
“Əl Kəramə” hərəkatı düşünür ki, hakim rejimin taleyi ilə bağlı qərarı xalq verməıidir.
Hərəkat düşünür ki, demokratik mədəni hakimiyyət ən gözəl variantdır.
Biz, məclisin və siyasi partiyanın yaranmasını tələb edirik. Hakimiyyət xalq tərəfindən seçilməlidir, kral ailəsi tərəfindən deyil.
“Əl Kəramə” hərəkatı İngiltərənin dəstəklədiyi vəhhabilərlə müharibədə məcburi şəkildə köç edən qəbilə və şəxsləri dəstəkləyir. Onlara kompensasiya ödənilməlidir və hüquqları bərpa olmalıdır.
Hərəkatın milli və islami hədəfləri
-Bölgədə olan islam və ərəb müqaviməti layihələrinə dəstək, islam və ərəb birliyinə dəstək, ictimai ədalət, düşüncə azadlığı və insan haqlarını tələb etmək.
-Sionistlər və dəstəkçiləri ilə mübarizə.
-Mülayim islam, xristian və digər dinlərin düşüncəsini yaymaq.
-Sülh mədəniyyətini və ortaq həyat düşüncəsini yaymaq və irqçilik və məzhəbçiliklə mübarizə.
Hərəkatın mahiyyəti
“Əl Kəramə” xalqa söykənən hərəkatdır və siyasi deyil.
Bu hərəkat demokratik düşüncə əsasında təsis olunub.
“Əl Kəramə” mədəni, ictimai hərəkatdır, hərbi deyil.
Hərəkatın baxışları
“Əl Kəramə” Fələstin və Qüds məsələsini özünün öncül və əsaslı vəzifsi bilir.
Ərəb ölkələrinin ictimai və iqtisadi təhlükəsizliyinin və həmçinin coğrafi vəhdətinin qorunması.
Qadının cəmiyyətdə olan rolunun və həmçinin, uşaq haqlarının və tərbiyəsinin vurğulanması.
“Əl Əzhər”, “Əz Zeytunə” kimi mülayim sünni dini mədrəsələrin yenidən açılması.
“Əl Kəramə” hərəlatı Türkiyəni qardaş və ərəb dünyasının Avropaya qapısı bilir və bu ölkəylə əlaqəni dəstəkləyir.
“Əl Kəramə” hərəkatı İran İslam Respublikasını qardaş və ərəb dünyasının Asiyaya qapısı olaraq hesab edir. Həmçinin, İsrail əleyhinə olan müqavimətin həqiqi dəstəkçisi sayır və bu ölkəylə həmkarlıq etməyə hazırdır.
“Əl Kəramə” Misir, İraq, Yəmən, Suriya, Mərakeş, Rusiya, Çin və “Beriks” ölkələriylə həmkarlığl dəstəkləyir və onları əhəmiyyətli hesab edir.
“Əl Kəramə” hərəkatı düşünür ki, müqavimətin düşüncə, mədəni, ictimai, siyasi və hərbi baxımdan müxtəlif metodları var. “Biz düşünürük ki, Livanda və Fələstində olan müqavimət hərəkatları şərəfli vətən hərəkatlarıdır. Onlar ümməti dəstəkləyir və İsrail rejiminin heybətini məhv edir.”
“Əl Kəramə” hərəkatı Fars körfəzi ölkələrini və ərəb yarımadasını ümmətin varisi hesab edir və onları müqavimətə dəstək verməyə və ABŞ-la həmkarlığa son qoymağa çağırır. “Biz düşünürük ki, ABŞ-ın hərbi bazaları bu ölkələrdə ərəb ümməti və qonşuluqda olan islami ölkələr üçün təhdid mənbəyidir.”
“Əl Kəramə” düşünür ki, İordani, İsrail rejimi ilə böyük müharibə üçün vədələnmiş torpaqlardır. Və bu ölkəni ABŞ xəttinə son qoymaq istiqamətində addımlama çağırır.
Hərəkatın baş katibi – Muin bin Əli əl-Cərba

  • Yazılıb
  • da (də) 2018 Jan 15
  • Göndərən مدير سايت Aran News