Tarix : 2018 Jan 15
Kod 54087

Kərbəla ensiklopediyası təqdim olunub

İmam Hüseynin (ə) müqəddəs hərəminə bağlı “Kərbəla” təhqiqat mərkəzi müqəddəs şəhərin tarixi və mədəniyyətinə dair ilk ensiklopediya hazırlayıb.
Arannews-Maide.Az “İQNA”-a istinadən xəbər verir ki, ensiklopediyanın təqdimat mərasimi ötən gün Kərbəla şəhərində bir qrup tədqiqatçı, mədəniyyət işçisi və universitet müəlliminin iştirakı ilə keçirilib. 
Təhqiqat mərkəzinin baş direktoru Əbdül-Əmir Qüreyşi deyib ki, ensiklopediyada müqəddəs Kərbəla şəhərinin tarixi haqqında - İslamdan öncə ilk yarandığın gündən indiki dövrə kimi – məlumat yerləşdirilib. 
Onun sözlərinə görə, ensiklopediya 100 hissədən ibarətdir ki, indiyədək 40 hissəsi çap olunub. “Ensiklopediyada müqəddəs şəhərin tarixi (qədim və müasir), coğrafiyası, ictimai, siyasi və iqtisadi hadisələri, eləcə də burada baş verən önəmli hadisələr haqqında məlumat yer alıb. Bundan başqa Kərbəlada qədim peşələr, atalar sözləri, geyimlər və əhalinin gündəlik həyat tərzi ensiklopediyanın digər mövzularıdır.”
Qeyd edək ki, ensiklopediyanın hazırlanmasında İraq, Türkiyə, İran və digər ölkələrin universitetlərindən 150 alim iştirak edib.


  • Yazılıb
  • da (də) 2018 Jan 15
  • Göndərən مدير سايت Aran News