Tarix : 2018 Jan 15
Kod 54091

19 Yanvar münasibətilə “Müsəlman Azərilər və indiki dövrdə onların vəhdət bəxş edən missiyası” konfransı keçiriləcək

19 Yanvar Azərbaycan tarixinin ən böyük hadisələrdən biridir. 19 Yanvar gününün uca tutulması münasibətilə Təbriz Azad İslam Universiteində “Müsəlman Azərilər və indiki dövrdə onların vəhdət bəxş edən missiyası” mövzusunda konfrans keçiriləcək.
AranNews-in verdiyi məlumata görə, “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü” münasibətilə İran və Azərbaycan Respublikası məsələləri üzrə tədqiqatçı və ekspertlərin iştirakı ilə “Müsəlman Azərilər və indiki dövrdə onların vəhdət bəxş edən missiyası” mövzusunda konfrans keçiriləcək. Konfras 16 dekabrda səhər saat 9-da Təbriz Azad İslam Universitetinin Şəhriyar salonunda baş tutacaq.
İxtisaslı konfransın təşkilat məsulu doktor Cədirinin sözlərinə görə, bu konfransda tarix, politologiya və sosiologiya elmləri kimi müxtəlif kafedraların ustadları konfransın mövzuları üzrə müxtəlif elmi məqalələr təqdim edəcəklər.
Konfransda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Ərdəbil əyalətlərindən qonaqlar da iştirak edəcək. 
Konfransın açılış mərasimində Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili çıxış edəcəklər.
Azərbaycan tarixdə, Azərbaycan və onun qarşıda dayanan problemləri, Azərbaycanın mədəni, dini, tarixi və ədəbi kimlik komponentlərinə baxış, Azərbaycanın rolu və anti-kimlik cərəyanlarla mübarizə, İran və Azərbaycan Respublikası qarşılıqlı anlaşmalarına baxış kimi bir sıra mövzular konfransda araşdırılacaqdır.
Konfransın katibliyindən verilən məlumata görə, katibliyin icra bölməsinə daxil olmuş 15 məqalə arasından ən yaxşıları seçilərək təqdim ediləcək və çap olunaraq iştirakçılara paylanacaq.
Qeyd edək ki, 19 yanvar 1990-cı il Azərbaycan Respublikası əhalisinin 70 il məşəqqət və əzab-əziyyətdən sonra İranın ağuşuna qayıtdığı gündür. 28 il öncə belə bir gündə İran İslam Respublikası və SSRİ sərhədləri arasında böyük hadisə baş verdi və 19 Yanvar tarixinin yaranmasına səbəb oldu. Bu hadisədən sonra sərhədlərə nəzarət, zəifləmiş SSRİ hökumətinin əlindən çıxdı, bunu hiss edən əhali sel kimi İran sərhədlərinə tərəf axışdı. Onlar hər gün Araz çayının qırağına gələrək “Allahu Əkbər” və “La ilahə illəllah” şüarları səsləndirirdilər.

  • Yazılıb
  • da (də) 2018 Jan 15
  • Göndərən مدير سايت Aran News