Tarix : 2018 Jan 16
Kod 54093

Sergey Lavrov: "Biz Azərbaycanla strateji tərəfdaşlıqdan məmnunuq"

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Rusiyanın Azərbaycanla strateji tərəfdaşlıqdan məmnun olduğunu bildirib.
Arannews- Hədəf14.az-ın Moskva müxbiri xəbər verir ki, bu barədə o, bu gün keçirilən mətbuat konfransında deyib. 
"Bizim münasibətlərimiz həm prezident səviyyəsində, həm də xarici işlər nazirləri səviyyəsində çox intensivdir. Ötən il xarici işlər nazirlərinin qarşılıqlı səfərləri oldu. Ölkələrimiz arasında hər sahədə münasibətlər inkişaf edir. Hər il Bakıda hümanitar forum keçirilir. İki ölkə arasında iqtisadi sahə də inkişaf edir, ticarət dövriyyəsi artır", - Lavrov qeyd edib.
Nazir əlavə edib ki, iki ölkə arasında hökümətlərarası komissiya fəaliyyət göstərir və onlar bütün layihələrin və planların həyata keçməsinə həm qrafiki, həm də inkişaf cəhətdən nəzarət edirlər: "Bir sözlə, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıqdan razıyıq."
  • Yazılıb
  • da (də) 2018 Jan 16
  • Göndərən مدير سايت Aran News